Şənbə , May 11 2024
Ana səhifə / Gündəm / Facebook «UNİ BANK»ı biabır etdi – FOTO

Facebook «UNİ BANK»ı biabır etdi – FOTO

Azərbaycan dünyada müştərisinə ən bahalı kredit verən bankları ilə də ad çıxarmağa başlayıb. Azinforum.Az xəbər verir ki, illik 30 faizə dollarla kredit verən ikinci bir bank mövcud deyil və xarici ekspertlər bunu bildiklərində təəccüblərini də gizlətmirlər.

Mediada isə davamlı olaraq banka olan borclar səbəbindən intihar hallarının sayının artdığı barədə məlumatlar yayılır. Artıq hər gün 2 və ya 3 nəfərin intihara əl atdığı barədə xəbərlər yayılır. Eyni zamanda, təsdiqlənir.

Sosial şəbəkələrdə belə hallarla bağlı maraqlı bir araşdırma aparılıb. Məlum olub ki, özünə qəsd edənlərin əksəriyyətinin «Uni Bank»a borcu olub. Yüksək faizlə kredit götürüb, sonra da qaytara bilməyənlər baş verənlərdən dolayı çıxış yolu tapmadıqları üçün intihara baş vururlar. Elə bu səbəbdən də Facebookda bu bankla bağlı maraqlı kampaniyaya start veriblər.

Həmin kampaniya çərçivəsində istifadə olunan şüar isə belədir: «İNTİHAR ETMƏK İSTƏYİRSƏN, UNİBANKdan KREDİT GÖTÜR!»

Bankın bu məsələyə hansı reaksiya verəcəyi məlum deyil. Lakin ortaya çıxarılmış statistika həqiqəti əks etdirərsə, bu «Uni Bank» rəhbərliyinin ciddi başağrısına çevriləcək.

dia.az

Facebook «UNİ BANK»ı biabır etdi

Həmçinin oxuyun

Oteldəki zəhərlənmə ilə bağlı yeni şok iddia – Dərman içiblər?

Bakıda 4 dostun oteldə zəhərlənməsi mövzusu hələ də gündəmdədir. Ailələr dostların oteldəki qidadan zəhərləndiklərini iddia …

Bir cavab yazın