Çərşənbə , May 8 2024
Ana səhifə / Dünya / Ərdoğan-Baxçalı ittifaqı böyük fərqlə öndədir – RƏQƏMLƏR

Ərdoğan-Baxçalı ittifaqı böyük fərqlə öndədir – RƏQƏMLƏR

Türkiyədə bələdiyyə seçkilərinin ilkin qeyri-rəsmi nəticələri açıqlanmağa başlayıb. Bakupost.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu saata qədər ölkə üzrə səslərin 25 faizi sayılıb. 

İlkin nəticələri görə, hazırda AKP və MHP-nin koalisiyada olduğu Cumhur İttifaqı səslərin 48, CHP və İyi Partinin Millət ittifaqı isə 29 faizini alıb.  Türkiyənin 3 böyük şəhəri – İstanbul, Ankara və İzmirin də ilkin nəticələri açıqlanıb. Hazırki sayılan səslərə görə, İstanbul və Ankarada Cumhur İttifaqının namizədləri Binali Yıldırım (51/46) və Mehmet Özhaseki (50/46) az fərqlə öndədir. İzmirdə isə Millət İttifaqının namizədi Tunc Soyer (58/37) böyük fərqlə öndədir. O, rəqibi Nihat Zeybekçidən 15 faizdən artıq səs toplayıb.

Həmçinin oxuyun

Qırğızıstan-Tacikistan sərhədində atışma baş verib

Qırğızıstan və Tacikistan sərhədində atışma hadisəsi meydana gəlib. AzVision.az xəbər verir ki, hadisə ilə bağlı Qırğızıstanın …