Ana səhifə / Dünya / Putindən ABŞ-ın sanksiyasına cavab – “İt hürər…”

Putindən ABŞ-ın sanksiyasına cavab – “İt hürər…”

Rusiya prezidenti Vladimir Putin ABŞ Maliyyə Nazirliyinin hazırladığı “Kreml siyahısı”ya reaksiya verib.

“Qafqazinfo” xəbər verir ki, 114 məmurun və 96 biznesmenin adının yer aldığı sanksiya siyahısı ilə bağlı prezident “İt hürü, karvan keçir. Rusiya daxili məsələləri ilə məşğul olmalıdır” sözlərini işlədib.

Putin, həmçinin zarafatla adının siyahıda olmamasına görə incidiyini də ifadə edib:

“Biz daha çox özümüz haqda düşünməliyik.  Öz iqtisadiyyatımız, kənd təsərrüfatımızla məşğul olmalıyıq. Səhiyyə, təhsilə dəstək verməliyik. O zaman aydın olacaq ki, hər hansı siyahı formalaşdırmağın, təhdid etmək, qorxutmağın mənasi yoxdur”.

Həmçinin oxuyun

Meral Akşeneri o əvəz etdi – FOTO

Türkiyədə müxalifətdə olan “İYİ” Partiyanın yeni sədri məlum olub. Belə ki, pariyanın bu gün keçirilən …