Bazar ertəsi , May 20 2024
Ana səhifə / Dünya / Putin Lukaşenkoya təşəkkür etdi

Putin Lukaşenkoya təşəkkür etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putin növbəti telefon danışığı zamanı “Vaqner”in rəhbəri Yevgeni Priqojin ilə danışıqların nəticələrini müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Belarusun teleqram kanalları məlumat yayıb.

Rusiya Prezidenti aparılan danışıqlara belaruslu həmkarına təşəkkür edib.

Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenkonun Priqojinlə danışıqlar apardığı barədə məlumat yayılıb.

Məlumatı Belarus Prezidentinin mətbuat xidməti də təsdiqləyib. Bildirilir ki, vəziyyətin həlli üçün “Vaqner” qırıcıları üçün təhlükəsizlik zəmanəti ilə sərfəli və məqbul variant hazırlanıb.

Qeyd olunur ki, Lukaşenko ilə Priqojin arasında danışıqlar günboyu davam edib.

“Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.

Həmçinin oxuyun

İran Rəisinin helikopterinin axtarışında dəstək verən ölkələrə təşəkkür edib

İran bir sıra dövlətlərə İslam Respublikasının xalqı və hökuməti ilə həmrəyliyə, habelə Prezident İbrahim Rəisinin …