Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Dünya / Netenyahu: “Eurovision-2019” Mahnı Müsabiqəsi Qüdsdə keçiriləcək”

Netenyahu: “Eurovision-2019” Mahnı Müsabiqəsi Qüdsdə keçiriləcək”

“Eurovision-2019” Mahnı Müsabiqəsi Qüdsdə keçiriləcək.

 APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsrail baş naziri Binyamin Netenyahu bəyan edib.

“Eurovision-2018” Mahnı Müsabiqəsinin qalibi olan İsrail təmsilçisi Nettanı “Twitter” sosil şəbəkəsindəki səhifəsində təbrik edən B. Netenyahu yazıb ki, Netta İsrailə böyük şöhrət gətirib və növbəti mahnı müsabiqəsi növbəti il Qüdsdə olacaq.

Qeyd edək ki, Portuqaliyanın paytaxtı Lissabonda keçirilən “Eurovision-2018” Mahnı Müsabiqəsinin qalibi İsrail təmsilçisi Netta olub. O,  “TOY”  mahnısını ifa edərək, 529 xalla müsabiqədə birinci yerin sahibi olub.

Həmçinin oxuyun

Rüşvət alan ermənipərəst senatorun məhkəməsi başlayıb

Nyu-York ştatının federal məhkəməsində siyasi xidmət müqabilində rüşvət almaqda, habelə Misirin və Qətərin maraqları naminə …