Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Dünya / Naxçıvanlı Famil Sadıqov “Qazprom”un vitse-prezidenti oldu

Naxçıvanlı Famil Sadıqov “Qazprom”un vitse-prezidenti oldu

“Qazprom” şirkəti İdarə Heyəti sədrinin müavini vəzifəsinə yeni təyinat olub.

Virtualaz.org bildirir ki, bu posta azərbaycanlı Famil Sadıqov gətirilib.

O, şirkətin maliyyə-iqtisadi blokuna rəhbərlik edəcək. Ona qədər bu vəzifəni Andrey Kruqlov icra edib.

F.Sadıqov 1968-ci ildə Naxçıvanda anadan olub.  O, S.Orconikidze adına Dövlət İdarəçilik Akademiyasının və Ümumrusiya Vergi Akademiyasının məzunudur, iqtisad elmlər namizədidir. 1995-1999-cu illərdə RF Maliyyə Nazirliyində və Federal Dövlət Xidmətində müxtəlif vəzifələrdə işləyib. 1999-2004-cü illərdə RF vergilər və rüsumlar nazirinin müavini olub. Bu vəzifədə işlədiyi dövrdə ona II dərəcəli RF dövlət xidməti həqiqi dövlət müşaviri rütbəsi verilib. 2005-2009-cu illərdə Federal Xəzinədarlığın rəhbərinin müavini olub. 2009-cu ildən Rusiya “Qazprombank”nın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Həmçinin oxuyun

Rüşvət alan ermənipərəst senatorun məhkəməsi başlayıb

Nyu-York ştatının federal məhkəməsində siyasi xidmət müqabilində rüşvət almaqda, habelə Misirin və Qətərin maraqları naminə …