Ana səhifə / Dünya / Moskvada ticarət mərkəzi yanır: 3000 insan təxliyə olundu- VİDEO- YENİLƏNİB

Moskvada ticarət mərkəzi yanır: 3000 insan təxliyə olundu- VİDEO- YENİLƏNİB

Moskvada fəaliyyət göstərən “Sindika” ticarət mərkəzində baş vermiş güclü yanğın zamanı 2 nəfər xəsarət alıb.

Azinforum.az – ın məlumatına görə, bu barədə “Qazeta.ru” xəbər verib. Qeyd edək ki. hadisə yerindən 3000 insan təxliyyə olunub. “Sindika” ticarət mərkəzində baş vermiş yanğının əhatə etdiyi sahə 55 min kvadrat metrdir.

***

Moskvada fəaliyyət göstərən ticarət mərkəzlərindən birində güclü yanğın baş verib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə yerindən 3000 insan təxliyyə olunub. “Sindika” ticarət mərkəzində yanğının əhatə etdiyi sahə 55 min kvadrat metrdir.  Ticarət mərkəzinə aparan bütün yollar bağlanılıb, hadisə yerinə cəlb olunan helikopterlər alovun üzərinə su tökür.

Ticarət mərkəzi Moskva Dairəvi Avtomaqistralınn 65-ci kilometrliyindəə, Stroqino rayonunda yerləşir. Hadisə zamanı xəsarət alan olmayıb.

***

Moskva yaxınlığında ticarət mərkəzində baş verən yanğın lokallaşdırılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində xəsarət alanların sayı 3 nəfərə çatıb.

Moskva dairəvi avtomobil yolunun 65-ci kilometrliyində yerləşən “Sindika” ticarət mərkəzində yanğının söndürülməsinə 350 canlı qüvvə, 180-dən çox texnika cəlb edilib.

Yanğın nəticəsində ticarət mərkəzinə külli miqdarda ziyan dəydiyi bildirilir. Hazırda hüquq-mühafizə orqanları yanğının səbəbləri ilə bağlı qəsdən od vurma daxil olmaqla, bir neçə versiyanı nəzərdən keçirirlər.

 

Həmçinin oxuyun

Putin rus hərbçilərin Ermənistanın 6 bölgəsindən çıxarılmasına razılaşıb

Rusiya hərbçiləri Ermənistanın müxtəlif bölgələrində xidmətlərini dayandırırlar. Bu barədə “Bagramyan26” Telegram kanalı məlumat yayıb. Qeyd …