Çərşənbə , May 8 2024
Ana səhifə / Dünya / İranda toy mərasimində saxta alkoqollu içkidən 45 nəfər zəhərlənib, 1 nəfər ölüb

İranda toy mərasimində saxta alkoqollu içkidən 45 nəfər zəhərlənib, 1 nəfər ölüb

İranın Qərbi Azərbaycan əyalətinin Poldəşt şəhərində keçirilən toy mərasimində saxta alkoqollu içkilərdən 45 nəfər zəhərlənib, 1 nəfər ölüb.

ONA xəbər verir ki, bu barədə Qərbi Azərbaycan Təcili Tibbi Yardım Mərkəzinin rəisi Bağır Bəhrami açıqlama verib.

O bildirib ki, mayın 2-də Poldəştin Araz şəhərciyində keçirilən toy mərasimində saxta spirtli içkidən zəhərlənənlərin sayı 45 nəfərə çatıb: “Zəhərlənənlərdən 33-ü ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb, 11 nəfər hazırda Maku xəstəxanasının reanimasiya şöbəsində həkim nəzarəti altında saxlanılır, 1-i isə həyatını itirib”.

Bağır Bəhrami həmçinin bildirib ki, zəhərlənmədən sonra xəstəxanaya müraciət edənlərdə görmə qabiliyyətinin zəifləməsi, baş ağrısı və başgicələnmə əlamətləri müşahidə olunub. O, zəhərlənənlərin əksəriyyətinin 25-30 yaş arası gənclər olduğunu vurğulayıb.

Qeyd edək ki, son aylarda İranın daha bir neçə şəhərində , o cümlədən də Meşkinşəhr, Əhər və Bukan şəhərlərində yüzlərlə insan saxta alkoqullu içkilərdən zəhərlənib, bir neçə nəfər isə həyatını itirib. 2018-ci ilin oktyabr ayında isə İranın 8 əyalətində saxta alkoqollu içikilərdən 1000-dən çox insanın zəhərlənməsi barədə məlumat yayılıb.

Xatırladaq ki, İranda alkoqollu içkilərin istehsalı və satışı qadağandır. 

Həmçinin oxuyun

Qırğızıstan-Tacikistan sərhədində atışma baş verib

Qırğızıstan və Tacikistan sərhədində atışma hadisəsi meydana gəlib. AzVision.az xəbər verir ki, hadisə ilə bağlı Qırğızıstanın …