Ana səhifə / Dünya / Ermənistanda da koronavirus faktı aşkarlandı

Ermənistanda da koronavirus faktı aşkarlandı

Ermənistanda koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb.

Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində bildirib.

Onun sözlərinə görə, virusa yoluxan Ermənistan vətəndaşı bu yaxınlarda İranda səfərdə olub: “Təxminən iki saat əvvəl, təəssüf ki, ölkədə koronavirusa yoluxma xəbərini aldım. Xəstə 29 yaşındadır. Fevralın 28-də həyat yoldaşı ilə birlikdə İrandan Ermənistana təyyarə ilə qayıdıb”.

Həmçinin oxuyun

Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşdü (FOTO)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səkkiz illik fasilədən sonra ilk dəfə CHP lideri Özgür Özel …