Sosial şəbəkədə biz:
Ərdoğan Putinlə ABŞ-ın Ukrayna üzrə sülh planını müzakirə edib
Xəbər Şəkli

Ərdoğan Putinlə ABŞ-ın Ukrayna üzrə sülh planını müzakirə edib

24 November 2025, 16:47
Dünya

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla telefon danışığı aparıb.

 

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, liderlər Ukraynadakı vəziyyət, o cümlədən Amerikanın nizamlama təklifləri kontekstində fikir mübadiləsi aparıblar.

 

Putin Rusiyanın Ukrayna böhranının siyasi və diplomatik yolla həllində maraqlı olduğunu bir daha təsdiqləyib.

 

Rusiya lideri həmçinin qeyd edib ki, ABŞ-ın Ukrayna ilə bağlı hazırkı təklifləri nizamlama üçün əsas təşkil edə bilər./APA