Ana səhifə / Dünya / «Dünya birliyi qaçqınlara kömək yükünü Türkiyə ilə bölüşməlidir» – Ərdoğan

«Dünya birliyi qaçqınlara kömək yükünü Türkiyə ilə bölüşməlidir» – Ərdoğan

Türkiyə Cümhuriyyətinin (TC) prezidenti xəbər verib ki, hazırda ölkə ərazisində Suriyadakı münaqişədən qaçmış «milyonlarla qaçqın» yaşayır.

Prezident dünya birliyini öz ölkəsi ilə qaçqınlara kömək yükünü bölüşməyə çağırıb. Bu çağırışla Türkiyə lideri şənbə günü G20 sammitinin yekun mətbuat konfransında çıxış edib.

«Biz, Türkiyənin qaçqın məsələsində göstərdiyi səylərdən xəbər verdik. Biz, bu işə 37 milyard dollardan artıq xərcləmişik. Beynəlxalq birlik bizimlə bu yükü bölüşməlidir» – deyə, Ərdoğan bildirib.

Prezident xatırladıb ki, hazırda respublika ərazisində Suriyadakı münaqişədən qaçmış milyonlarla insan yaşayır. Ərdoğanın sözlərinə görə, qaçqınlarla bağlı problem yalnız Türkiyənin və İordaniyanın çiyninə yüklənib.

Türkiyə lideri diqqəti buna yönəldib ki, «bəzi qərb ölkələri insan haqlarına əməl olunması məsələlərini digərlərinə öyrədirlər, özləri isə bu sferada imtahan verməyiblər».AzPolitika.info

Həmçinin oxuyun

Tbilisidə etirazçılar Rusiya bayrağını yandırıblar

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “xarici agentlər haqqında” qanuna etiraz bildirən nümayişçilər parlament binası yaxınlığında Rusiya …