Şənbə , May 11 2024
Ana səhifə / Dünya / CHP-li sədr Ərdoğanın açdığı mərkəzi bağladı

CHP-li sədr Ərdoğanın açdığı mərkəzi bağladı

Türkiyənin Samsun vilayətinin Atakum rayon üzrə Cümhuriyyət Xalq Partiyasından (CHP) olan bələdiyyə sədri Cəmil Dəvəçi prezident Rəcəb Tayyib Ərdoğanın açılış etdiyi “Aceh” idman mərkəzini bağlatdırıb.

Mərkəz 2004-2009-cu illərdə Atakum rayonunun bələdiyyə sədri olan AKP-li Adəm Bektaş tərəfindən inşa etdirilib. 

Mərkəzin bağlanmasına səbəb isə oranın “sənədsiz” olması göstərilir. 

Məsələ ilə bağlı sabiq bələdiyyə sədri Adəm Bektaş bildirib ki, mərkəzin sənədi var və yeni sədr oranı hansısa başqa səbəblərdən bağlatdırıb. O, bununla bağlı hüquqi proses başladacaqlarını vurğulayıb. 

Cəmil Dəvəçi isə deyib ki, mərkəz sənədsiz deyil: “Ora sənədsiz olmasa da, bələdiyyənin malıdır. Ancaq mərkəzi işlədənlərin nə müqaviləsi, nə də icazələri var. Qazancın kimin cibinə getdiyi də bəlli deyil. Biz belə üsulla idarə olunan 3 obyekt təsbit etmişik. Məqsədimiz həmin obyektləri bələdiyyəmizə qazandırmaqdır”. 

Azvision.az 

Həmçinin oxuyun

İsrail səfiri “BMT Nizamnaməsini” parçaladı – VİDEO

İsrailin BMT-dəki səfiri Gilad Erdan iclası zamanı BMT nizamnaməsinin surətini məhv edib. Buna səbəb BMT …