Ana səhifə / Dünya / Canlı yayıma gətirdiyi ilanın qurbanı oldu – Video

Canlı yayıma gətirdiyi ilanın qurbanı oldu – Video

Rusiyalı məşhur video bloqqer Arslan Balayev faciəvi şəkildə dünyasını dəyişib.

Azinforum.az Axşam.az – a istinadən xəbər verir ki, ekzotik heyvanlardan bəhs edən “Bob cat TV”nin sahibi Arslan növbəti dəfə canlı yayıma qoşulduqda həyatını itirib.

Belə ki, tamaşaçılara Mamba ilanını göstərmək istəyən Balayev özü onun qurbanına çevrilib.

İlan Arslanı sancıb və o, canlı yayımda özündən gedib. Dərhal xəstəxanaya çatdırılan bloqqerin həyatını həkimlər xilas edə bilməyib.

Məlumata əsasən, hadisədən bir neçə gün öncə Arslan xanımı Yekaterinadan ayrılmış və bu ona pis təsir etmişdi.

 

Həmçinin oxuyun

Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşdü (FOTO)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səkkiz illik fasilədən sonra ilk dəfə CHP lideri Özgür Özel …