Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Dünya / “Bu faciəyə səbəb olan hökumət getməlidir” – Armen Sarkisyan

“Bu faciəyə səbəb olan hökumət getməlidir” – Armen Sarkisyan

“Belə böyük faciənin baş verdiyi hər bir ölkədə yalnız bir həll yolu var: buna səbəb olan hökumət getməlidir”.

Bunu Ermənistan prezidenti Armen Sarkisyan Moskvadakı erməni icması ilə görüşdə bildirib.

Onun sözlərinə görə, əgər siyasətçi güclüdürsə, yenidən iqtidara qayıda bilər: “Sivil bir yol var – erkən seçkilər, müvəqqəti milli birlik hökuməti yaratmaq. Bu o demək deyil ki, müvəqqəti hökumətdə hər bir partiyanın öz naziri olmalıdır. Hökumət hörmətli şəxslər tərəfindən qurulmalıdır. Bu hökumət yeni seçkilərə qədər – altı ay və ya bir il, xalq yenidən mandatı hansısa siyasi qüvvəyə təhvil verənədək, çalışmalıdır”.

O, bu dövrdə konstitusiyanı dəyişdirərək referendum keçirmək lazım olduğunu da əlavə edib.

Sarkisyan hesab edir ki, parlament, hökumət və prezident institutu arasında tarazlıq olmalıdır:

“İnanıram ki, parlament ölkəsi olaraq qalsaq da, prezident xalq tərəfindən seçilməlidir. Ölkəmizdə bütün postlar parlament tərəfindən təyin olunur, amma tarazlıq haradadır?”.

Ermənistan prezidenti hesab edir ki, ölkədə böhranın olub-olmadığı meydandakı etirazçıların sayı ilə qiymətləndirilə bilməz: “Meydanda ümumiyyətlə kimsə olmasaydı, bu, heç bir böhranın olmadığı demək olardı? Ətrafa baxın, hamımız böhran vəziyyətindəyik. Bu, bir ölkənin və ya bir dövlətin deyil, bir millətin – insan hüquqları, psixoloji, maliyyə, iqtisadi, humanitar böhrandır. Bütün ermənilər Qarabağa qayıdacaq? Bəziləri Ermənistanda qalacaq, kim onların qayğısına qalacaq?”. /Report

Həmçinin oxuyun

Putin: Navalnını Qərb ölkələrində saxlanılan rusiyalılarla dəyişməyə razılaşmışdım, amma o öldü

Rusiya Prezidenti Vladimir Putin həbsxanada vəfat edən Aleksey Navalnın mübadiləsinə razılıq verdiyini söyləyib. Bu barədə …