Bazar ertəsi , May 20 2024
Ana səhifə / Dünya / Batumidəki “Əli və Nino” abidəsinin işıqlandırma sistemi yenilənib

Batumidəki “Əli və Nino” abidəsinin işıqlandırma sistemi yenilənib

Gürcüstanın Batumi şəhərinin əsas simvollarından biri olan “Əli və Nino” abidəsi yeni işıqlandırma sistemi ilə təchiz edilib.

“Report” xəbər verir ki, Batumi bulvarındakı məşhur monumentin hərəkət sistemi də yenilənib.

Bulvar idarəsindən bildirilib ki, abidənin müəllifi Tamara Kvesitadzenin iştirakı ilə həyata keçirilmiş işlər çərçivəsində gecə işıqlandırma sistemi tam dəyişdirilib, rəng effektləri əlavə olunub.

“Əli və Nino” abidəsi ötən gündən yenilənmiş işıqlandırma sistemi ilə Batumi bulvarının ziyarətçilərini valeh edir. İdarədən monumentin yeni həyat əldə etdiyi vurğulanıb.

Qeyd edək ki, Qurban Səidin dünyaca məşhur “Əli və Nino” romanının qəhrəmanları – azərbaycanlı gənc Əli və onun sevdiyi gürcü qız Ninonu təcəssüm etdirən abidə 2010-cu ilin oktyabrında açılıb. 2015-ci ilin avqustunda monumet demontaj olunaraq dəniz sahilindən 50-60 metr aralı yerə köçürülüb. Səbəb dəniz suyunun abidənin özülünə ziyan vurması olub.

Poladdan olan səkkiz metrlik abidənin özəlliyi ondan ibarətdir ki, hər axşam saat 19:00-dan etibarən Əli və Ninonun fiqurları hər 10 dəqiqədən bir vəziyyətlərini dəyişərək bir tam olana qədər yavaş-yavaş üz-üzə gəlirlər, bundan sonra əks proses başlayır.

Həmçinin oxuyun

İran Rəisinin helikopterinin axtarışında dəstək verən ölkələrə təşəkkür edib

İran bir sıra dövlətlərə İslam Respublikasının xalqı və hökuməti ilə həmrəyliyə, habelə Prezident İbrahim Rəisinin …