Bazar ertəsi , May 20 2024
Ana səhifə / Cəmiyyət / Oğlunun nəşini təhvil alan yoxdur

Oğlunun nəşini təhvil alan yoxdur

Xalq artisti Siyavuş Novruzun oğlu Çingiz Aslanın nəşi beş gündür xəstəxanadan götürülməyib.

Bu barədə Qafqazinfo.az saytı məlumat yayıb. Bildirilib ki, Siyavuş Aslanın oğlu Çingiz Aslan 5 gündür vəfat edib, cənazə Sabunçu Xəstəxanasında qalıb və heç kəs təhvil almır.

Onun bir neçə gün əvvəl Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzində vəfat etməsi məlum olub.

Həmin vaxt mərkəz əməkdaşları Ç.Aslanovun yaxınlarını axtarsa da, heç kimi tapa bilməyiblər.

Daha sonra Ç.Aslanovun nəşi ərazi üzrə Sabunçu Tibb Mərkəzinin morquna təhvil verilib.

Həmçinin oxuyun

“Azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur” – Emin Əmrullayev

Dövlət təqaüdü ilə təhsil alan azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur. Azərbaycanın Britaniyadakı Səfirliyindən “Report”a …