Ana səhifə / Cəmiyyət / Məktəblərdə kütləvi tədbirlər keçirilməyəcək

Məktəblərdə kütləvi tədbirlər keçirilməyəcək

Təhsil müəssisəsində şəxsi gigiyena qaydalarına əməl edilməsi və dezinfeksiya tədbirlərinin görülməsi üçün zəruri olan vasitələrin yetərli qədər olması təmin edilməlidir. Təhsilalanların və təhsilverənlərin iştirakı ilə tədris prosesindən kənar kütləvi tədbirlərin keçirilməsinə yol verilməyəcək.

Bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə Qərarında öz əksini tapıb.

Qərara əsasən evdə təhsil formasında təhsil prosesi sanitariya və gigiyena qaydalarına riayət olunmaqla, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil edilir.

Həmçinin oxuyun

Aşıq Ramin Qarayev kamera orkestrinin müşayiəti ilə solo konsert verəcək

Azərbaycan Mədəniyyət Nazirliyi, Xəzər Universiteti və Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı ilə çağdaş aşıq sənətinin …