Ana səhifə / Cəmiyyət / “43 min nəfərin narazı olması normaldır” – Nazir

“43 min nəfərin narazı olması normaldır” – Nazir

“Müəllimlərin işə qəbulu (MİQ) imtahanına 50 minə yaxın adam müraciət edib, lakin onlara cəmi 7 min yer ayrılıb. Rəqabət olan yerdə mübarizə var, yerdə qalan 43 min nəfərin narazı olması normaldır”.

Bu barədə təhsil naziri Emin Əmrullayev nazirliyin feysbuk səhifəsində 2021-2022-ci tədris ili üzrə keçirilmiş müəllimlərin işə qəbulu imtahanları ilə bağlı sualları cavablandırarkən deyib.
O qeyd edib ki, nazirlik ədalətli imtahan keçirməyə çalışıb: “İmtahanlar çox rəqabətlidir. Bəzi fənlərdə əmsallar daha böyük olub. Lakin imtahanlar ədalətsiz təşkil olunmayıb”.

Həmçinin oxuyun

Aşıq Ramin Qarayev kamera orkestrinin müşayiəti ilə solo konsert verəcək

Azərbaycan Mədəniyyət Nazirliyi, Xəzər Universiteti və Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı ilə çağdaş aşıq sənətinin …