Sosial şəbəkədə biz:
Müğənni Ruhi Əliyevə ilə baş redaktor arasında qalmaqal: "Qul haqqına girən istənilən insan bu dünyada peşman, Qiyamət günü isə pərişan olacaq, inşəallah"
Xəbər Şəkli

Müğənni Ruhi Əliyevə ilə baş redaktor arasında qalmaqal: "Qul haqqına girən istənilən insan bu dünyada peşman, Qiyamət günü isə pərişan olacaq, inşəallah"

16 June 2026, 14:57
Cəmiyyət

"Mənim özüm üçün jurnalistikada müəyyənləşdirdiyim meyarlar var: İşlədiyim yerlərdə işimə tam məsuliyyətlə yanaşaram, hansısa iş yerindən ayrıldımsa, bu media subyekti barədə nəsə yazmaram. Amma bu dəfə vəziyyət bir qədər fərqlidir".

Azinforumaz xəbər verir ki, bu sözləri tanınmış jurnalist Rəsul Mirhəşimli Feysbuk-dakı hesabında yazıb.

Onun sözlərinə görə,  2024-cü ilin noyabrın 1-də news24.az saytında işləməyə başlayıb:

"İşə başlayanda mənim vəzifələrim sadalandı. Bu saytda redaktor kimi çalışacağım müddətdə eyni zamanda, RTV-nin işinə də yardımçı olacaqdım. İşin ilk günü bu media qurumunun rəhbəri Ruhiyyə Əliyeva (müğənni və biznesmen -Mia.az) məni qəbul etdi və RTV-də həftədə bir dəfə yayımlanan özünün müəllifi olduğu "Qaranlıqda həqiqət" verilişinə dəvət olunan qonaqlara sualları hazırlamağımı və verilişin redaktə işlərini də mənə tapşırdı.

Beləliklə, həyatda heç zaman qarşılaşmadığım Ruhiyyə Əliyeva ilə ilk dəfə həmin gün görüşdüm. İlk çəkilişin redaktəsi mənə gələndə aparıcı qonaqla müsahibəsi zamanı çox kobud bir səhvə yol vermişdi. Üzərimə düşən vəzifə olduğunun məsuliyyətini dərk etdiyim üçün həmin səhvin efirə getməsinə yol vermədim.

İşlədiyim müddət ərzində saytda əməkdaşlara mövzular verdim, müxbirlərdən gələn yazıların redaktəsini etdim, gündəmə uyğun siyasi təhlil məqalələri yazıb, saytın analitik qrupu adından yayımladım, demək olar ki, hər gün müxbirlərin adından yazılar yazdım, köşə yazılarımı növbəlilik prinsipi ilə dərc etdim. Bir readktor bundan artıq iş görməli deyil, məncə. Bu gördüklərim işlər isə bir saytda bir neçə nəfərin görə biləcəyi işlər idi. Bəzən ekspertlər gənc müxbirlərin suallarına cavab verməyəndə özüm həmin adamlarla danışır, açıqlama vermələrini də özüm xahiş edirdim. Bu açıqlamaların hazırlanması üçün müxbirlərə bütün detalları izah edirdim.

Və bir Ramazan günü, Novruz bayramı ərəfəsində mənə Ruhiyyə Əliyevanın sifarişi gətirildi. Bu, 2025-ci ilin martında oldu. "Aprelin 1-dən səninlə əmək müqaviləsinə xitam veririk. Çünki fayda vermədin". Mənim gördüyüm gündəlik faydalı işləri isə yuxarıda qeyd etmişəm. Heç nə demədən əşyalarımı yığıb işdən ayrıldım. Mən işdən çıxandan sonra Ruhiyyə Əliyeva düz iki ay hazırladığım suallar əsasında verilişini çəkdi. "İşləməyən" birinin faydasını hətta mən işdən çıxandan sonra 9 veriliş boyunca gördü.

İndi bunları niyə yazıram, deyəcəksiniz. Bir neçə ay əvvəl Ruhiyyə Əliyevanın verilişi barədə tənqidi rəy yazdıqdan sonra mənə zəng elətdirdi. Telefonun səsindən selektora qoşulduğunu bildim, bütün iradlarımı özünün eşidə biləcəyi şəkildə çatdırdım. Adam mənim işdən çıxarılmağımdan guya xəbəri olmadığını, işdən çıxarıldığım üçün çox peşman olduğunu çatdırdı mənə.

Onda da demişdim, bir daha təkrar edirəm. Bir məhkəmədə mühakimə olunan müttəhimə hakim özünü müdafiə üçün son söz verir. Mənim barəmdə kimlər xəbər daşıdğını da çox gözəl bilirəm, amma bir müəssisə rəhbəri qərar verəndə həmin əməkdaş barədə deyilənlərin cavabını həmin adamın özündən dinləməli idi.

Ramazan ayında bir insanın haqqına girmək təkcə Allah qatında günahkar etmir insanı, bu haqqı həmin insan bağışlamadıqca Allah da bağışlamır. Əmək Məcəlləsinin tələblərinə əsasən isə Qarabağ müharibəsi veteranı işdən o halda çıxarıla bilər ki, həmin müəssisə fəaliyyətini dayandırsın.

Mənim barəmdə qərar veriləndə həm ədalət tapdanıb, həm də Əmək Məcəlləsinin tələbləri pozulub.

Ruhiyyə Əliyeva bir neçə nəfərə mənim işdən çıxarıldığıma peşman olduğunu deyib. Mən kiməsə bəddua etmərəm, amma əminəm ki, qul haqqına girən istənilən insan bu dünyada peşman, Qiyamət günü isə pərişan olacaq, inşəallah.

Əməkdaşlarını iclasa çağırıb, "Siz hamınız mənə məxsussunuz. Hər birinizin üzərində mənim adım var" deyən biri üçün bu qədər yazmaq bəlkə də faydasızdır. Amma bəzi məsələlərə aydınlıq gətirilsin deyə, bunları yazmağa məcbur idim.

Bu mövzu ilə bağlı kimsənin zəngini qəbul etməyəcəyimi də bəri başdan elan edirəm".