Binə qəsəbəsində 160A marşrutu qanunlara əməl etmir - ŞİKAYƏT
Bakıətrafı kənd və qəsəbələrdə bir sıra marşrutların özbaşınalığı davam edir. Bu dəfə bənzər problem Binə qəsəbəsində yaranıb.
Azinform.az-a daxil olan şikayətə görə, 160A marşrutunun 32 BF 649 nömrəli avtobus sürücüsü sərnişinləri lazım olan ünvana çatdırmaqdan imtina edib. Sürücü nümayişkəranə şəkildə lazım olan ünvana getməkdən imtina edərək “kefim belə istəyir” deyib. Sərnişinlərin etirazını nəzərə almayıb. Bütün bunlar sözügedən marşrut xəttində müşahidə edilən özbaşınalıqdan xəbər verir.
Məlumat üçün qeyd edək ki, adıçəkilən marşrut xətti Bakavtomat adlanan yaşayış massivi ilə Binənin mərkəzi arasında işləyir.