Sosial şəbəkədə biz:
4 ay ərzində Azərbaycana 126 min 433 ədəd adamların çəkilməsi üçün tərəzi gətirilib
Xəbər Şəkli

4 ay ərzində Azərbaycana 126 min 433 ədəd adamların çəkilməsi üçün tərəzi gətirilib

23 June 2026, 16:09
Cəmiyyət

Bu ilin ilk 4 ayı ərzində Azərbaycana xarici ölkələrdən adamların çəkilməsi üçün 126 min 433 ədəd tərəzi idxal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan tərəzilərin ümumi gömrük dəyəri 324,67 min dollar olub.
Beləliklə, idxal edilən tərəzilərin bir ədədinin orta gömrük dəyəri 2,57 dollar (4,37 manat) təşkil edib.
Məlumat üçün bildirək ki, bu dövrdə tərəzilər ən aşağı qiymətə Çindən, ən baha qiymətə isə ABŞ-dən idxal edilib. Çindən gətirilən tərəzilərin bir ədədinin orta gömrük dəyəri 2,47 dollar (4,2 manat), ABŞ-dən gətirilən tərəzilərin bir ədədinin orta gömrük dəyəri isə 600 dollar (1 020 manat) olub.
Qeyd edək ki, idxal olunan tərəzilər Azərbaycana bu ölkələrdən gətirilib:
Çin – 126 min 377 ədəd (bir ədədinin orta gömrük dəyəri 4,2 manat);
İtaliya – 39 ədəd (195,7 manat);
ABŞ – 11 ədəd (1 020 manat);
Türkiyə – 6 ədəd (374 manat).