Ana səhifə / Siyasət (səhifə 1189)

Siyasət

Pivəyə qadağa olmayacaq…

Azərbaycanda pivənin sərbəst pərakəndə satışına qadağa tətbiq edilməyəcək. Moderator.az xəbər verir ki, məsələ bu gün Milli Məclisin plenar iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən tütünlə bərabər pivənin də pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda …

Ətraflı oxu »

Baş nazirin xanımı Bakıda xalça toxudu – FOTOLAR

Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərifin Azərbaycana rəsmi səfəri çərçivəsində onun xanımı Kalsum Nəvaz Şərif oktyabrın 14-də “Azərilmə” Məhdud Məsuliyyətli Cəmiyyətin “Sehrli ilmələr” qalereyasında olub. AzVision.az xəbər verir ki, “Azərilmə”də xanım Kalsum Nəvaz Şərifə Azərbaycan xalqının ən qədim sənətlərindən biri olan xalçaçılıq haqqında məlumat verilib. Qonaq xalçaçı qızların işini izləyib, …

Ətraflı oxu »

“AZAL dilənçilik edir…” – Millət vəkili əsəbiləşdi

Millət vəkili Çingiz Qənizadə AZAL-la bağlı bu günlərdə yaşadığı biabırçı olayı parlamentdə səsləndirib. “Qafqazinfo” xəbər verir ki, deputat bildirib ki, bu günlərdə bir günlük İstanbula səfər edib: “Qayıdan zaman biznes klassda ön sırada oturmaq istədim. Gediş bileti də əvvəlcədən alınmışdı. Biznes-klassda 20 yerin cəmi 5 yeri dolu idi. 15 yer …

Ətraflı oxu »

Göyçayda səhiyyə işçiləri pambıq yığımına cəlb ediliblər – FOTO

Göyçay rayon Mərkəzi Xəstəxanasının səhifəsində səhiyyə işçilərinin pambıq yığımına cəlb edilməsi haqda yayılan xəbər ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bu haqda tənqidi fikirlər səsləndirilir. Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Ləman Hacıyeva AzVision.az-a faktı təsdiqləyib. Bildirib ki, rayon rəhbərliyinin göstərişinə əsasən səhiyyə işçiləri pambıq yığımına kömək ediblər. “Rayonun icra başçısı …

Ətraflı oxu »

İran “Türk axını” üzrə anlaşmanı alqışlayır – Məcit Bucarzadə

“İran “Türk axını” qaz kəməri layihəsi üzrə Rusiya-Türkiyə hökumətlərarası anlaşmasının imzalanmasından məmnundur.” SalamNews-un xəbərinə görə, bunu RİA “Novosti”yə PR (İran Milli Qaz Şirkətinin departamenti) rəhbəri Məcit Bucarzadə bildirib. “Biz Türkiyəyə çox enerji lazım olduğu üçün onun Rusiya ilə “Türk axını” üzrə anlaşmanı imzalamasından şadıq. Qazın Rusiya və ya İran tərəfindən …

Ətraflı oxu »

“Hər gün Bakı-Sumqayıt dəmir yolu vasitəsilə 4 min sərnişin daşınır” – Cavid Qurbanov

Bakı-Sumqayıt dəmir yolu vasitəsilə hərəkət edən elektrik qatarları ilə gündəlik 4 minə yaxın sərnişin daşınır.   Moderator.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib. “Bilirsiniz ki, bu Bakı-Sumqayıt dəmir yolu əsaslı təmir olundu və istismara verildi. Hər gün bu yolla 4 min sərnişin daşınır. Bunun …

Ətraflı oxu »

Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib

13 oktyabr 2016-cı il tarixdə “Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2016-cı ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş və Rayonun rəhbərliyi, Milli Məclisin deputatları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib. Tədbirdən öncə …

Ətraflı oxu »

Naxçıvan şəhərində “Arıçılıq məhsulları – bal” festivalı keçiriləcək

Azinforum.az “Şərq qapısı” qəzetinə istinadən bildirir ki, oktyabrın 15-16-da Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Arıçılıq məhsulları – bal” festivalı keçiriləcək. Bu məlumatı Naxçıvanın “Şərq qapısı” qəzeti yayıb. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən “Şərq qapısı” qəzetinə bildiriblər ki, festivala muxtar respublikanın müxtəlif bölgələrindən 212 arıçı bal, arı südü, güləm, …

Ətraflı oxu »

Əməliyyatçılara yeni səlahiyyət verilir

Dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparılırsa, orada əməliyyatı aparanlara yol hərəkətini müvəqqəti məhdudlaşdırılmaq və ya qadağan etmək səlahiyyəti verilir. AzVision.az xəbər verir ki, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İctimai birliklər və dini qurumlar komitələrinin birgə keçirilən iclasında “Yol hərəkəti haqqında” qanunun 12-ci maddəsinə əlavələr edilməsi …

Ətraflı oxu »

Azərbaycanda polisdən nümunəvi hərəkət – Video

Bakı-Quba yolunun 47-ci kilometrliyində təhlükəsiz şəhər kamerası vasitəsilə lentə alının görüntüdə azyaşlı uşağın saatda sürəti 110 kilometr olan yoldan keçmək istədiyi əks olunub Axşam.az-ın Xəzər Xəbər-ə istinadən məlumatına görə, uşaq, dəmir ayırıcılardan birini keçə bilsə də, ikincidən keçə bilməyib. Bu zaman ərazidən keçən yol polisi inspektoru onu görərək dayanıb. Baş …

Ətraflı oxu »