Şənbə , May 11 2024
Ana səhifə / Siyasət (səhifə 769)

Siyasət

“Hazırda Günnüt minalardan təmizlənir, sakinləri kəndə köçürüləcək” – DEPUTAT

Xəbər verdiyimiz kimi, 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Ordumuzun nəzarəti altına keçib. Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb, yaxınlarının məzarlarını ziyarət ediblər. Günnüt məzarlığında 26 il sonra Quran oxunub. Modern.az saytı son məlumatları öyrənmək üçün …

Ətraflı oxu »

Putin səfirə Azərbaycanla bağlı tapşırıqlar verib

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Rusiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovun etimadnaməsini qəbul edib. Ölkə başçısı ilə görüşündə Boçarnikov Rusiya prezidenti Vladimir Putinin ona səfirlik fəaliyyəti dövründə Azərbaycan ilə əlaqələri daha da möhkəmləndirmək istiqamətində səylər göstərmək barədə tapşırıqlar verdiyini bildirib. Yeni səfir …

Ətraflı oxu »

Köçəryandan Paşinyana xəbərdarlıq: “Bu mövqe danışıqlardan faktiki imtinadır…”

Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə növbəti dəfə Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı məsələsini qaldırıb. Hökumətin proqramının parlamentdə müzakirəsi zamanı Paşinyan deyib ki, əslində onun Dağlıq Qarabağın adından danışıqlar aparmağa mandatı və səlahiyyəti yoxdur. Çünki qarabağlı deyil. Robert Köçəryan və Serj Sərkisyan isə qarabağlı olduqları üçün Dağlıq Qarabağın …

Ətraflı oxu »

“Biz Cümhuriyyətlə bağlı nəsə düşünməmişdik”

“Prezident İlham Əliyevin 2018-ci ili “Cümhuriyyət ili” elan etməsi tarixi hadisədir. Bir zamanlar Cümhuriyyətimizlə bağlı tədbirlərin keçirilməsinə hazır deyildik. Elə bir imkan da yox idi. Amma indiki halda dövlət səviyyəsində bu cür tədbirlərin keçirilməsi təqdirəlayiq haldır”. Bunu Modern.az–a açıqlamasında eks-prezident Ayaz Mütəllibov 2018-ci ilin “Cümhuriyyət ili” elan edilməsindən danışarkən deyib. O, …

Ətraflı oxu »

Rusiyanın yeni səfiri İlham Əliyevin qəbulunda

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 10-da Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Nikolayeviç Boçarnikovun etimadnaməsini qəbul edib. Mayın 29-da Rusiya prezidenti Vladimir Putin Mixail Boçarnikovu Rusiya Federasiyasının Azərbaycandakı səfiri təyin edib. O, yeni postunda Vladimir Doroxini əvəzləyib. V.Doroxin 2017-ci ilin noyabrında vəzifəsindən azad edilib. M.Boçarnikov …

Ətraflı oxu »

“Paşinyan daha pozucu və təxribatçı siyasət aparmağa çalışır” – Aydın Quliyev

Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin Dağlıq Qarabağ münaqişənin nizamlanması ilə bağlı danışıqlarda tərəf kimi iştirak etməli olduğu barədə bəyanatının məqsədi danışıqları uzatmaqdan başqa bir şey deyil. Bunu Trend-ə açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib. Baş redaktor bildirib ki, N.Paşinyan yeni …

Ətraflı oxu »

Erməni separatizmi pislənildi – Beynəlxalq konfrans

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) “Ermənistanın Cənubi Qafqazda etnik separatizm siyasəti və regionun təhlükəsizliyi” mövzusunda Beynəlxalq Konfrans keçirib. Beynəlxalq Konfransda Dövlət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri və xarici ölkə səfirliklərinin nümyəndələri media və QHT rəhbərləri, ziyalılar, tələbələr iştirak …

Ətraflı oxu »

“Azərbayan-Avropa münasibətləri fərqli olacaq” – Yan Zahradil

“Bu il Azərbayan və Avropa arasında münasibətlər fərqli olacaq” Bunu Bakıda keçirilən sammitdə Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradil deyib. O, çıxışında xatırladıb ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunur: “Təəssüf ki, parlament üsul-idarəsinə əsaslanan Cümhuriyyət …

Ətraflı oxu »

Komitə sədri Naxçıvanda torpaqların azad olunmasından danışdı

“Naxçıvan istiqamətində əldə etdiyimiz uğurlar həm ordumuzun, həm xalqımızın, həm də prezidentimizin apardığı siyasətin təntənəsidir”. Bunu jurnalistlərə açıqlamasında Milli Məclisi Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. O, bildirib ki, bunlar ilk addımlardır: “Azərbaycan prezidentinin siyasəti, gördüyü işlər, yaratdığı mühit, dünyaya sübut etdiyi məsələlər torpaqlarımızı işğaldan azad …

Ətraflı oxu »

“Təcavüzə son qoyulması üçün beynəlxalq təşkilatlar heç bir tutarlı addım atmayıb” – Prezident

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Avropada Mühafizəkarlar və İslahatçılar Alyansı sammitinin iştirakçılarına təbrik məktubu ünvanlayıb. “Report” xəbər verir ki, məktubu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oxuyub. Məktubda deyilir ki, Avropada müxtəlif siyasi partiyaları özündə birləşdirən Avropada Mühafizəkarlar və İslahatçılar Alyansı nüfuzlu təşkilatdır: “Qurumun bəyan etdiyi suverenlik, zəngin …

Ətraflı oxu »