Şənbə , May 18 2024
Ana səhifə / Kriminal (səhifə 292)

Kriminal

İstirahət mərkəzində ad günü keçirən qadınlar saxlanıldı

Paytaxtın Xəzər rayonunda istirahət mərkəzlərindən birində xüsusi karantin rejim qaydalarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan ad günü şənliyinin iştirakçıları müəyyən olunaraq saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Xəzər RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ad günü şənliyindən yayılan görüntülərdə əks olunan şəxslər müvafiq …

Ətraflı oxu »

Naftalanda baş verən qətllə bağlı rəsmi məlumat yayılıb

İyulun 4-də gecə saat 23 radələrində Naftalan şəhərində yaşadıqları evin yaxınlığında şəhər sakinləri – 1979-cu il təvəllüdlü Elnurə Verdiyevanın bıçaqlanaraq aldığı xəsarətlərdən ölməsi, qızı 2002-ci il təvəllüdlü Aysun Həsənovaya isə bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olub. Goranboy rayon prokurorluğundan daxil olan məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı …

Ətraflı oxu »

“Kaktus” restoranında qonaqlıqda iştirak edənlər saxlanıldı – Video

Bakıda karantin rejimini pozan daha bir restoran aşkarlanıb.  “Qafqazinfo” Real TV-yə istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları daxil olan məlumatı yoxlamaq üçün getdikləri “Kaktus” restoranında qonaqlıqla qarşılaşıblar. Məlum olub ki, restoranın sahibi Cavad Cavadov karantin qadağalarına məhəl qoymadan yeyib-içən dostlarını yanına dəvət edib.  Məclis iştirakçıları barəsində İnzibati …

Ətraflı oxu »

Türkiyədə güclü partlayış – 2 ölü, 74 yaralı + Fotolar

Türkiyənin Sakarya vilayətində fişəng istehsal edən fabrikdə güclü partlayış baş verib. “Qafqazinfo”nun “Hürriyət”ə istinadən xəbərinə görə, hadisə nəticəsində 2 nəfər ölüb, 73 nəfər xəsarət alıb. Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib. Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Daxili İşlər naziri Süleyman Soylu, Səhiyyə naziri Fəxrəddin Qoca, Sosial Xidmətlər …

Ətraflı oxu »

“Amrahbank”ın sahibinin oğlu həbs edildi

Tanınmış prokuror Yusif İldırımzadənin qardaşı oğlu, bir müddət əvvəl bağlanan “AmrahBank”ın sahibi Yunis İldırımzadənin oğlu Ülvi İldırımzadə həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ü. İldırımzadə “AmrahBank”ın Müşahidə Şurasının sədri Y. İldırımzadənin müşaviri olub.  O, bank bağlanandan sonra Dövlət Təhlükəsizlik Xidmətinin apardığı yoxlamalar nəticəsində saxlanılıb. İstintaqın təqdimatı ilə Səbail Rayon Məhkəməsi …

Ətraflı oxu »

Səkkiz SMS göndərdi, cavab gəlməsə də, evdən çıxdı, həbs edildi – VİDEO

Cəlilabadın Əliqasımlı kənd sakini Tural Mehdiyev karantin qaydalarını pozduğu üçün Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Müəyyən edilib ki, o, həmin gün aldığı icazənin müddəti bitdikdən sonra yenidən dəfələrlə 8103-ə SMS göndərib.Səkkiz dəfə ardıcıl göndərdiyi SMS-ə cavab gəlməməsinə rəğmən, Tural Mehdiyev yaşadığı yeri tərk edib və buna görə saxlanılıb.Onun barəsində toplanılmış …

Ətraflı oxu »

Qəçrəşdə “Son zəng” şənliyi edənlər aşkarlandı – Foto

Qubada  elan edilmiş xüsusi karantin qaydalarını pozaraq rayonun Qəçrəş kəndi ərazisində yerləşən istirahət mərkəzlərinin birində “Son zəng” şənliyi təşkil edən şəxslər məsuliyyətə cəlb olunublar. “Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, rejim qaydalarını kobud şəkildə pozaraq məclis təşkil edən həmin obyektin sahibi və məclisdə iştirak edən müəllim və valideynlər inzibati qaydada məsuliyyətə …

Ətraflı oxu »

Bayram Nurlu Polis Şöbəsinə çağırıldı – Video

Daxili İşlər Nazirliyi Bayram Nurlunun müzakirələrə səbəb olan videosu haqda açıqlama yayıb.  “Qafqazinfo” xəbər verir ki, həmin məlumatda deyilir: “Sosial şəbəkələrdə “Bayram Nurlu” kimi tanınan, Qax rayonunun Tasmalı kənd sakini Bayraməli Musayevin Qəbələ rayonundakı istirahət mərkəzlərindən birində tibbi maskadan istifadə etmədən və sosial məsafə saxlamadan xüsusi karantin rejiminin tələblərini pozaraq …

Ətraflı oxu »

Ziya Məmmədovun qardaşı oğlu sürücülük hüququndan məhrum edilir

Sabiq deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilib. Dövlət Yol Polisininin protokoluna əsasən, onun sürücülük hüququndan məhrum edilməsi ilə bağlı işə Səbail Rayon Məhkəməsində baxılır. Qeyd edək ki, Aynar Məmmədova İnzibati Xətalar Məcəlləsinin 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs …

Ətraflı oxu »

Bakıda anası və qardaşını diri-diri yandırdı – VİDEO

2018-ci il iyunun 22-i gecə saat iki radələrində Xəzər rayonunun Qala qəsəbəsindən, yaşadıqları evdən yanıq xəsarətləri ilə Toksikologiya Mərkəzinə 59 yaşlı Nina Soloveykina, Respublika Yanıq Mərkəzinə isə onun oğlu 16 yaşlı Vadim Soloveykin çatdırılıblar. Göstərilən tibbi yardımlara baxmayaraq, vəziyyəti ağır olan oğlan iki gündən sonra orada vəfat edib. Baş vermiş cinayətə görə …

Ətraflı oxu »