Bazar ertəsi , May 20 2024
Ana səhifə / Gündəm (səhifə 38)

Gündəm

Mərkəzi Klinika təcili tibbi yardım üçün şəhid anasından 100 manat istəyib

Sosial şəbəkələrdə Yasamal rayonundan şəhid Elvin İslamovun anası üçün Mərkəzi Klinikadan çağrılmış təcili tibbi yardım avtomobilinə görə klinikanın 100 manat ödəniş tələb etməsi ilə bağlı məlumat yayılıb. ” Azinforum.az ” Yeniavaz.com-a istinadən  xəbər verir ki, məlumatı şəhidin dostlarından Şahin Usubov yayıb: “29.10.2020-ci il, dostumuz, məhlə uşağımız İslamov Elvin Elçin oğlu …

Ətraflı oxu »

Binəli Yıldırım Vasif Talıbovla görüşdü – FOTO

Noyabrın 3-də Türkiyənin Baş Naziri olmuş Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına gəlib. Azinforum.az Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Ali Məclisin Sədri qonaqları salamlayıb və onları Naxçıvan …

Ətraflı oxu »

Daha 13 kənd işğaldan azad olundu

Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Əbilcə, Qılıcan kəndlərini işğaldan azad edib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.

Ətraflı oxu »

Bərdəyə kasetli raketlər atılıb, yaralıların sayı 13-ə çatdı – Fotolar

“ANAMA-nın verdiyi məlumata görə, Ermənistan ordusu tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb”. ” Azinforum.az ” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında bildirib. “Mülki insanlara qarşı kasetli raketlərin istifadəsi qadağandır. 4 mülki şəxs həlak olub, 13 …

Ətraflı oxu »

Bakcell Qarabağda ən sürətli mobil şəbəkə quraşdıracaq

Bakcell şirkəti özünün yüksək keyfiyyətli və ən sürətli mobil şəbəkəsini işğaldan azad olunmuş torpaqlarımıza doğru genişləndirəcək. Torpaqlarımızın düşməndən təmizlənməsinin ardınca Bakcell böyük qürur hissi ilə Azərbaycan Respublikasının bütün ərazisində üstün müştəri təcrübəsi və ən yüksək keyfiyyətli mobil rabitə xidmətləri göstərməyə davam edəcək. Müvafiq dövlət qurumları ilə razılaşdırılmaqla Bakcell işğaldan azad olunmuş …

Ətraflı oxu »

Prezident bu ərazilərimizin işğaldan azad edildiyini açıqladı – SİYAHI

Prezident İlham Əliyev Ordumuzun işğaldan azad etdiyi növbəti ərazilərimizi açıqlayıb. Prezident “Tvitter”də paylaşım edib: “Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir.  Həmçinin ordumuz Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli …

Ətraflı oxu »

Qarabağ müharibəsi və FETÖ-nun Azərbaycanda son çırpıntıları…

Azərbaycan-Türkiyə münasibətlərinin ən pik inkişaf nöqtəsinə çatması böyük tarixi zərurət idi. İki ölkə arasındakı bu möhkəm birlik təkcə Qarabağ müharibəsi kontekstində öz təsdiqini tapmır. Hazırda Əliyev-Ərdoğan birliyi dünyada siyasi münasibətlər sistemində yeni tezislər, nümunələr yaratmış oldu. Qarabağın işğaldan azad edilməsi üçün Türkiyə situasiya yaradan əsas faktorlardan biri kimi mühüm rol …

Ətraflı oxu »

Ərdoğanın mətbuat katibi: Türkiyə sona qədər Azərbaycanın yanındadır

Kim nə deyir desin, Türkiyə sona qədər Azərbaycanın yanındadır Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın Gəncə şəhərində mülki əhalinin yaşadığı məhəlləni raket atəşinə tutmasına münasibət bildirən Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Twitter” hesabında yazıb. İbrahim Kalın bildirib ki, Ermənistan elan edilən atəşkəsə baxmayaraq, müharibə cinayətləri törədir. Ermənistan Xocalıda etdiyi …

Ətraflı oxu »