Şənbə , May 11 2024
Ana səhifə / Gündəm (səhifə 18)

Gündəm

Adil Vəliyevin Ramana qəsəbəsi üzrə nümayədəsi Arif Osmanovun qanunsuz tikinti biznesi…

Sabunçu rayonu ilə bağlı konkret mövzuya keçməzdən öncə onu qeyd edək ki, Bakı şəhərində  qanunsuz tikililər neçə illərdir ki, çox ciddi problemə çevrilib. Hətta məsələ o dərəcədə ciddiləşib ki, Beynəlxalq Təşkilatlar  Azərbaycandakı 500 mindən artıq olan qanunsuz  tikililərin  sənədləşdirilməsi üçün lazım olan vəsaiti  ayırmağa hazır olduqlarını bəyan ediblər. Bu barədə dəfələrlə cənab …

Ətraflı oxu »

Penitensiar Xidmətin rəisi kim ola bilər? – Daha böyük qazanca hədəflənən namizədlər – Orxan Qasımov, yoxsa…

Bakı şəhərinin keçmiş prokuroru İlqar Abbasovun Penitensiar Xidmətin rəisi vəzifəsinə gətiriləcəyi ilə bağlı 29 aprel 2022-ci il tarixində Azsiyaset.com saytında məlumat dərc olunmuşdu. İ.Abbasov bundan üç gün öncə – aprel ayının 26-da Baş prokurorun müvafiq əmri ilə Bakı şəhər prokuroru vəzifəsindən azad edilmişdi. Onun Penitensiar Xidmətin rəisi vəzifəsinə ən iddialı şəxslərdən …

Ətraflı oxu »

İlqar Abbasov Penitensiar Xidmətə rəis gətirilir?

“Bildiyiniz kimi, Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə İlqar Abbasov Bakı Şəhər prokuroru vəzifəsindən azad edildi. İndicə əldə etdiyim məlumata görə, İlqar Abbasov Penitensiar Xidmətin rəisi vəzifəsinə gətiriləcək”.Azinforum.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Samir Feyruzov məlumat yayıb.  “2016-cı ildən Penitensiar Xidmətin rəisi vəzifəsində işləyən ədliyyə general-leytenantı Ceyhun …

Ətraflı oxu »

Motosiklet sürücüsünü döyən məmur saxlanıldı

Ötən gün Bakıda motosikletçiyə qarşı xuliqanlıq edən Sultan Dadaşov saxlanılıb. ” Azinforum.az ” ın əldə etdiyi məlumata görə, onun barəsində inzibati protokol tərtib edilib və baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. Məhkəmə gün ərzində S.Dadaşov barəsində qərar çıxaracaq. Onun inzibati qaydada həbs ediləcəyi bildirilir. Qeyd edək ki, Sultan Dadaşov əvvəllər …

Ətraflı oxu »

Güclü külək korrupsiyanın üstünü açdı – “Tikintini aparanlar həbs olunmalıdır”

Azərbaycanda güclü külək olan kimi evlərin damı uçur, fasadına ziyan dəyir, hətta insanların həyatı üçün çox ciddi təhlükə yaranır.Maraqlıdır, tikinti zamanı keyfiyyətsiz materiallardanmı istifadə edirlər, yoxsa tikinti qaydalarına əməl olunmur? Ümumiyyətlə, tikinti aparılarkən külək amili nəzərə alınırmı? Burada məsuliyyəti kim daşıyır? Dia.az-ın məlumatına görə, məsələ ilə bağlı əmlak məsələləri üzrə …

Ətraflı oxu »

Kiyevdən qaçan səfirin oğlu Türkiyədə kef edir

Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması səfirliklərimiz üçün çətin sınağa çevrildi. Rus əsgərinin ayağı Ukrayna torpağına dəyər-dəyməz Moskva doğumlu Kiyevdəki səfirimiz oradan qaçdı. Yarım milyon vətəndaşımızı Ukraynada taleyin ümidinə buraxıb aradan çıxan Elmira Axundovanın səsi bir neçə gün sonra Bakıdakı lüks mənzilindən gəldi. Gah xəstəliyini qabartdı, gah da qadınlığını önə çəkib …

Ətraflı oxu »

Elman Rüstəmov İdarə Heyətinin üzvlüyündən azad edildi – Yenilənib

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək. “ Azinforum.az ” xəbər verir ki, iclasda Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Prezidentinin təqdimatları müzakirə ediləcək. Ötən gün Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında …

Ətraflı oxu »

“POZ QAZAN”ın QAZDIĞI QUYU… – AKTUAL

Bakıda küçədə göyərti satmağa başlasan, dərhal adamın başının üstünü kəsdirib səyyar ticarətin qadağan olunduğunu əsas gətirərlər, çörək pulu qazanmağa peşman edərlər. Yaxud küçədə qəzet satmaq istəsən, həmin an gəlib əldə yayımın qadağan edildiyini deyib adamı cərimələyərlər.Lakin paytaxtın hər tin başında biz açıq şəkildə qumar oynandığını, qanuniləşdirilmiş lotereya getdiyini görə bilərik. …

Ətraflı oxu »

“Azərbaycan təxribatlara hazır olmalıdır” – Rusiya Qarabağda 6 yeni postu niyə qurub?

Azərbaycan ordusu strateji əhəmiyyətli Fərrux dağında möhkəmləndikdən sonra Ermənistan rəhbərliyi davamlı olaraq Kremlə şikayətlər ünvanlayır. Bugünlərdə Baş nazir Nikol Paşinyan da hökumətin iclasında bildirib ki, Rusiya Azərbaycan silahlı qüvvələrinin Fərrux dağından geri çəkilməsini təmin etməlidir. Bu barədə Moskvadan Azərbaycana hansısa təzyiqlərin edilib-edilmədiyi məlum olmasa da, ordu birləşmələrinin Fərrux dağından çıxarılması …

Ətraflı oxu »

“400 minlik toy edən şəxsin qızı əlbəttə, gecə barlarda yatmalıdır” – Hafiz Hacıyev

“Övladına 400 minlik toy edən məmurun qızı, əlbəttə, gecə barlarda yatmalıdır…” Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Bakıda gecə saatlarında “Location” klubda baş verən partlayış barədə danışan Hacıyev bunun cəmiyyətdə qıcıq yaratdığını deyib: “Əlbəttə, bu partlayış hamımızı üzür. Orada yaralananlar var. Hər halda Azərbaycanda bu tip gecə …

Ətraflı oxu »