Ana səhifə / Gündəm (səhifə 241)

Gündəm

Ağcabədidə 1 ədəd partlamış raketin qalıqları tapılıb – Fotolar

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyulun 3-də Ağcabədi rayonunun Hacılar kəndi ərazisində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirib. “Qafqazinfo” xəbər verir ki, yoxlamalar nəticəsində 1 ədəd partlamış raketin (9M22U-Qrad) qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 6 000 kv. m ərazi təmizlənib. Ümumilikdə, agentlik tərəfindən …

Ətraflı oxu »

Çimərliklərə kimyəvi maddənin tökülməsi xəbərinə – Rəsmi açıqlama

Sosial şəbəkələrdə Xəzərin Mərdəkan və Buzovna istiqamətində suya zəhərli maddələrin axıdılması ilə bağlı video yayılıb. “ Azinforum.az ” ın ANS-ə istinadən məlumatına görə, ağ köpük şəklində suyun üzünə yayılan məhlulun insan orqanizmi üçün təhlükəli olduğu bildirilir. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi hərəkətə keçib. Hazırda həmin ərazidə araşdırma …

Ətraflı oxu »

Göygöldə məmur özbaşınalıqları – ŞİKAYƏT VAR

Redaksiyamıza daxil olmuş növbəti oxucu müraciətində Göygöl rayonunda yaşanan məmur özbaşınalıqlarından bəhs olunur. Maraqlıdır ki, bizimdovr.az-a müraciətində, şikayətçi vətəndaş ilk növbədə özünün pozulmuş hüquqlarından söz açsa da, daha sonra onun verdiyi açıqlamalar bütün rayon miqyasında rəhbərlik tərəfindən yol verilən qanun pozuntularını əhatə edir. Amma vətəndaşın şikayət ərizəsində yazılanlara keçməzdən öncə, …

Ətraflı oxu »

Azərbaycana gətirilən bu meyvədə xəstəlik tapıldı

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti 1150 kiloqram Keniya mənşəli avokado meyvəsinin göbələk mənşəli xəstəliyə yoluxduğunu və mikotoksinlərin yüksək dərəcədə olduğunu müəyyənləşdirib. KTN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, meyvələr Niderland Krallığından idxal olunub. Meyvənin qidaya yararsız olduğu bildirilib və dövriyyədən çıxarılması üçün “Təmiz Şəhər” ASC-yə məxsus Bakı …

Ətraflı oxu »

Sonuncu körpə niyə öldü?

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutunda dünən saat 16:10-da dünyasını dəyişən körpənin meyidini 1 saat sonra təşhis üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinə təhvil verilib. “ Azinforum.az ” xəbər verir ki, respublikanın baş pediatoru Nəsib Quliyev oxu.az-a deyib ki, 10 gündür ki, körpə institutda müalicə alsa …

Ətraflı oxu »

“İstanbul əməliyyatı” bu dəfə Gürcüstanda təkrarlanacaq

“İstanbul əməliyyatı” Gürcüstanda təkrarlana bilər. Bu fikir Qafqaz məsələləri üzrə ekspert Mamuk Araşidzeyə məxsusdur. Virtualaz.org bildirir ki, ekspert bunu haqqin.az-ın Gürcüstan bürosuna verdiyi açıqlamasında deyib. Onun sözlərinə görə, artıq Gürcüstanın bölgələrində “İslam Dövləti”nin qrupları fəaliyyət göstərir. Ekspert bildirir ki, həmin qruplar son 4 ayda xüsusilə fəallaşıblar. Başqa bir ekspert, hərbi …

Ətraflı oxu »

Bakı çimərliklərindən qum daşınır

“Çimərliklərdən qumun qeyri-qanuni aparılması ilə bağlı faktlar var və biz buna qarşı mübarizə aparırıq”. Bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. Onun sözlərinə görə, qeyri-qanuni qum daşınması faktı təkcə çimərliklərdə yox, bağ ərazilərində də aşkarlanır: “Təsəvvür edin, kimsə gəlir ki, bağdan qumu daşıyıb aparıblar. Yaxud kimsə öz bağından …

Ətraflı oxu »

Əbülfəs Qarayev keçmiş məhkumu niyə müdir təyin edib?

Cəlilabad rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri bir neçə il əvvəl heroinlə tutulub Adı xoşagəlməz hadisələrdə çəkilən Rəşad Salmanovun icra başçısı Əziz Əzizov və köməkçisi Malik Şərbətov tərəfindən himayə olunduğu bildirilir Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Cəlilabad rayonundakı kadrı, yəni rayon mədəniyyət və turizm şöbəsinin müdiri Rəşad Salmanovun adı …

Ətraflı oxu »

Tibb sahəsində Nobel mükafatından məhrum edilən iki Azərbaycan alimi -ARAŞDIRMA

Səhiyyəmizin hazırki durumu çox təəssüf ki, onun barəsində yaxşı nəsə deməyə imkan vermir. Lakin sovet miqyasında Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafı bütün ittifaqda nümunə kimi göstərilirdi. Bunun əyani sübutu kimi Moderator.az saytı maraqlı bir faktı təqdim edəcək. Azərbaycan tibbinin ən nəhəng simalarından olan Mustafa Topçubaşov və Qəhrəman Qəhrəmanov elə …

Ətraflı oxu »

Əli İnsanovun əmlakını ələ keçirib satan məşhur şəxsin qızı… – Sensasion faktlar

Keçmiş səhiyyə naziri Əli İnsanov ona məxsus qarajın ondan xəbərsiz satılması ilə əlaqədar hüquqi müstəvidə davasını davam etdirir. Mia.az Azadlıq Radiosuna istinadən xəbər verir ki, iyunun 29-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində keçmiş nazirin bu məsələ ilə əlaqədar Nəsimi rayon icra şöbəsinə qarşı iddiasına baxılıb. Əli İnsanovun vəkili Ağaveyis Şahverdi …

Ətraflı oxu »