Şənbə , May 11 2024
Ana səhifə / Dünya (səhifə 185)

Dünya

Koronavirusa yoluxmuş Baş nazir xəstəxanaya yerləşdirildi

Böyük Britaniyanın koronavirusa yoluxmuş Baş naziri Boris Conson xəstəxanaya yerləşdirilib. Virtualaz.org bildirir ki, bu barədə “Sky News” telekanalı xəbər yayıb. Qeyd edilib ki, Baş nazir həkimlərin məsləhəti əsasında xəstəxanaya aparılıb. Onun səhhətində COVID-19 infeksiyası aşkarlanandan 10 gün sonra problemlər qalmaqdadır. Məlumata görə, Boris Consonun temperaturu yüksəkdir. Böyük ehtimalla, onun ağciyərlərini süni ventilyasiya …

Ətraflı oxu »

Türkiyədə bir gündə 73 nəfər virusdan öldü

Türkiyədə son 24 saat ərzində 73 nəfər koronavirusdan həyatını itirib. Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb. Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 3135 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 574, yoluxanlar isə 27069 nəfərə çatıb. Azvision.az

Ətraflı oxu »

Almaniyada bir gündə 6082 nəfər virusa yoluxub

Almaniyada koronavirusa yoluxanların sayı 85 min 778 nəfərə çatıb. “RİA Novosti” xəbər verir ki, ölkədə son 24 saat ərzində 6082 nəfər virusa yoluxub, 141 xəstə həyatını itirib. Bununla da Almaniyada koronavirus qurbanlarının ümumi sayı 1158 nəfərə çatıb.

Ətraflı oxu »

Türkiyədə yaşı 20-dən az olanlara evdən çıxmaq qadağan edildi

Türkiyə hakimiyyəti koronavirusun yayılmasına qarşı mübarizə tədbirlərini sərtləşdirib.  “Anadolu” agentliyi bildirir ki, yeni məhdudiyyətlər barədə ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində məlumat verib. “Beləliklə, Türkiyənin 30 böyük şəhərində və Zonquldak vilayətində nəqliyyatın hərəkəti 15 gün müddətinə dayandırılacaq və zərurət yarandıqda bu müddət uzadıla bilər”, – deyə Ərdoğan bildirib.  Bundan …

Ətraflı oxu »

Türkiyədə koronovirusdan ölənlərin sayı 425-ə çatıb

Türkiyədə yeni tip koronovirusdan (COVID-19) ölənlərin sayı 425 nəfər olub.  Bu məlumatı karonavirusla mübarizə tədbirlərilə əlaqdar Türkiyədə yaradılan Elm Qurumunun toplantısından sonra Səhiyyə naziri Fəxrəddin Qoca paylaşıb.  Nazir deyib ki, bu gün  koronovirusa yoluxmuş 69 xəstə ölüb və son 24 saatda 16160 şübhəli koronavirus analizindən keçib, onlardan 2786-nın cavabı pozitiv …

Ətraflı oxu »

Koronavirus qadağası: Bu ölkədə kişilər və qadınlar fərqli günlərdə küçəyə çıxacaq

Cənubi Amerika ölkəsi olan Peruda qəribə koronavirus qadağası tətbiq edilib. “HaberGlobal” məlumat verir ki, ölkədə virusun yayılmasının qarşısını almaq məqsədilə qadınlar və kişilər fərqli günlərdə evdən çıxa biləcəklər. Perunun dövlət başçısı Martin Vizkarra açıqlama verərək, kişilərin bazar ertəsi, çərşənbə, cümə günləri, qadınların isə çərşənbə axşamı, cümə axşamı və şənbə günləri …

Ətraflı oxu »

İtaliyada 14 minə yaxın insan ölüb

İtaliyada son sutka ərzində 760 nəfər koronavirusdan ölüb, 4668 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 13 min 915 nəfərə çatıb. Qeyd edək ki, hazırda İtaliyada COVİD-19 infeksiyasına yoluxanların ümumi sayı 115 min 242 nəfərdir.

Ətraflı oxu »

ABŞ kəşfiyyatının hesabatı: Çin epidemiyanın əsl miqyasını gizlədib

ABŞ kəşfiyyatı Çinin yeni tip koronavirus epidemiyası ilə bağlı yoluxma və ölü sayını olduğundan az göstərərək, xəstəliyin əsl miqyasını gizlətdiyini iddia edir. Bu barədə “Bloomberg” adını açıqlamadığı üç ABŞ rəsmisinə istinadən məlumat yayıb. Amerika kəşfiyyatı Çinin bütün dünyanı COVID-19-un əsl miqyası ilə bağlı aldatması haqqında hesabat hazırlayıb. Sözügedən hesabat ötən həftə Ağ …

Ətraflı oxu »

44 min 212 nəfər koronavirusdan ölüb – STATİSTİKA

Dünyada koronavirusa (COVİD-19) yoluxanlar və ölənlərlə bağlı yeni statistika açıqlanıb. Worldometers.info xəbər verir ki, COVİD-19 infeksiyasına yoluxanların sayı 885 min 294 nəfərə çatıb. Bu günədək 44 min 212 insan koronavirusdan dünyasını dəyişib. Virusa yoluxmuş 185 min 208 xəstə sağalaraq evə buraxılıb.

Ətraflı oxu »