Bazar ertəsi , May 20 2024
Ana səhifə / Cəbhə Xəbərləri (səhifə 152)

Cəbhə Xəbərləri

Cəbhədə mövqelərimiz yenə iriçaplı pulemyotlardan atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 125 dəfə pozub. Azinforum.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Ermənistanın Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində …

Ətraflı oxu »

Türkiyə Ordusu daha 6 kəndi terrorçulardan təmizlədi

Türkiyə ordusu fevralın 15-də Afrində 6 kəndi PYD terrorçularından təmizləyib. Virtualaz.org bildirir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumatda o da qeyd olunub ki, Afrinin Cinderes kəndində gedən şiddətli döyüşlərdə 7 əsgər yaralanıb: “Bu kəndin alınması istiqamətində əməliyyat davam edir. Gedən döyüşlərdə 7 əsgərimiz yaralanıb. Onlara Allahdan …

Ətraflı oxu »

Ermənilər Cəbrayılda uşaq bağçası və şadlıq evi tikir – FOTOLAR

Ermənilər işğal altında saxladıqları Azərbaycan ərazilərində süni məskunlaşdırma siyasətini davam etdirir. Dağlıq Qarabağ ərazisi ilə kifayətlənməyən rəsmi Yerevan ətraf 7 rayonda da tikinti işləri həyata keçirir. Qarabağdakı separatçı rejim Cəbrayıl rayonu ərazisində (erm.Mexakavan) uşaq bağçası və şadlıq evinin inşasını anons edib. Separatçı rejimin liderinin köməkçisi olan Tiqran Abramyan Cəbrayılın rayon …

Ətraflı oxu »

Cəbhədə atəşkəs yenidən pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 127 dəfə pozub. Bu barədə musavat.com-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Vazaşen kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Cəfərli, …

Ətraflı oxu »

Gecələr Qarabağda Azərbaycan hərbçiləri görünür – Erməni mediası

30 il əvvəl ermənilərin Azərbaycana qarşı açıq ərazi iddiaları ilə başlayan Qarabağ münaqişəsi bu gün regional təhlükəsizliyə və inteqrasiya proseslərinə mane olan əsas geosiyasi münaqişədir. “ Azinforum.az ”  xəbər verir ki, modern.az-ın yazdığına görə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini və daha 7 ətraf rayonu işğal edən Ermənistan hakimiyyəti işğalçılıq siyasətinin …

Ətraflı oxu »

Erməni mətbuatı: Türkiyədən qaçan PKK terrorçuları Ermənistana toplaşırlar

Terrorçu PKK qruplaşmasının üzvləri Türkiyədən qaçaraq Ermənistana toplaşırlar. Bunu Ermənistanın “Jamanak” qəzeti yazıb. Məqalədə qeyd olunub ki, onlar Türkiyənin ərazi bütövlüyü və suverenliyinə qarşı çıxdıqları, təhlükəsizliyinə təhdid yaratdıqları, bu istiqamətdə terror fəaliyyəti ilə məşğul olduqları və qanunsuz silahlı dəstələr yaratdıqları üçün ölkənin təhlükəsizlik qüvvələrinin keçirdikləri antiterror əməliyyatları nəticəsində müxtəlif formada …

Ətraflı oxu »

Cəbhədə təxribat törədən düşmən öz avtomobilini yandıraraq qaçdı (FOTO/VİDEO)

Düşmən tərəfinin Azərbaycan-Ermənistan dövlət sərhədini pozmaq məqsədilə Qazax rayonu istiqamətində həyata keçirdiyi növbəti təxribatı uğursuzluqla nəticələnib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, fevralın 11-də səhər saatlarında hava şəraitinin dumanlı olmasından istifadə edərək düşmən Azərbaycan ordusunun ön xətt mövqeləri istiqamətində hərəkətə cəhd göstərib: “Mövqelərimiz istiqamətində …

Ətraflı oxu »

Cəbhədə atəşkəs rejimi 131 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 131 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar, Ayqeovit kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində …

Ətraflı oxu »

Zakir Həsənov qoşunların döyüş hazırlığı ilə bağlı tapşırıq verdi- FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik və birləşmələrin məsul zabitləri də cəlb olunub. Azərbaycan Prezidenti, Ali Baş …

Ətraflı oxu »

Mövqelərimiz yenə iriçaplı pulemyotlardan atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub. Azinforum.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz …

Ətraflı oxu »