Şənbə , May 11 2024
Ana səhifə / Aktual (səhifə 498)

Aktual

Dönər satışına nəzarət edəcək qurum yaradılır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzdində “Süfrə” MMC yaradılır.  “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Agentliyin sədri Qoşqar Təhməzli mətbuat konfransında verib.  Sədr qeyd edib ki, cəmiyyətin fəaliyyəti çərçivəsində 40 kəsim məntəqəsinin açılması, dönər köşkləri və dönər satışı ilə məşğul olan müəssisələrdə standartlara nəzarət edilməsi planlaşdırılır.

Ətraflı oxu »

“Həkim dedi, xəstə özü gəlməsə, dərmanları verə bilməz”

“Nənəm Dilarə İbadovanın 72 yaşı var və 50 il müəllim kimi Lerik rayonunda fəaliyyət göstərib. Şəkər xəstəsi olduğu üçün Lerik Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır və ona hər ay dövlət tərəfindən şəkər dərmanları verilməlidir. Lakin xəstəxanadan bildirilir ki, xəstə özü gəlmədiyi təqdirdə dərmanlar verilə bilməz”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri …

Ətraflı oxu »

“Prokuror 5 il iş istəsə də, hakim şərti azadlığa buraxdı”

Ötən il aprelin 6-da Xırdalan şəhərində 32 yaşlı Faiq Həsənovu maşınla vuraraq öldürməkdə təqsirləndirilən Müşfiq Həsənova məhkəmə həbs etməməklə yüngül cəza (ölkədən çıxmamaq şərtilə azadlığın məhdudlaşdırılması) verib. Mərhumun ailəsi isə şərti cəza ilə azadlığa buraxılma qərarından narazıdır. F.Həsənovun bacısı Şahnaz Həsənova “Qafqazinfo”ya müraciətində iddia edib ki, iş hələ istintaqda olarkən …

Ətraflı oxu »

Səhiyyədə “şəkər müəmması” – Pulsuz verilsə də…

Tanınmış jurnalist Zahir Əmənov saytımıza müraciət edərək bildirib ki, şəkər xəstələri üçün pulsuz verilən “Lantus”ların üzərində “ruçka” adlanan detal verilmir. Z.Əmənovun sözlərinə görə, Novoksin və ya el arasında “ruçka” adlanan detal “Lantus”un şprisidir: “Artıq 2-3 aydır ki, mənə insulini versələr də, “ruçka”nı vermirlər. Əgər bu verilmirsə, insulin nəyə gərəkdir?  Mən …

Ətraflı oxu »

230 hektar torpağı əlindən alınmış kənd –YENİ ZUVAND CAMAATI CARƏSİZ QALIB

Masallı nə hikmətdirsə, idarəçilər tərəfindən bəxti gətirməyən rayon olub. Elə bu səbəbdəndir ki, uzun illərdən bəri nə problemləri həll olunur, nə də problemlərinin həlli üçün tutarlı addım atılır. Rayonun bir çox kəndlərinin əsaslı problemlərinin olmasın rəğmən, tədbirlərin görülməməsi sakinlərin də bezməsinə gətirib çıxarıb. Bu rayonda susuz qalmış kənddən tutmuş, torpaqsız …

Ətraflı oxu »

Zakir Qaralovdan yeni təyinat

Bərdə rayonuna yeni prokuror təyin edilib. “Qafqazinfo”nun məlumatına görə, bununla bağlı Baş Prokuror Zakir Qaralov əmr imzalayıb. Əmrə əsasən, Asəf Sarıkişiyev Bərdə rayon Prokuroru vəzifəsinə təyin edilib. Qeyd edək ki, A.Sarıkişiyev bu təyinata qədər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışıb.

Ətraflı oxu »

Namizədlərə pulsuz efir vaxti verilməyə bilər

Sabahdan etibarən fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində namizədlərin seçkiqabağı təbliğat-təşviqat kampaniyası start götürəcək.  Namizədlərə kampaniya zamanı pulsuz efir vaxtı və mətbuatda yer verilməyə bilər. Bu da səbəbsiz deyil. Seçki qanunvericiliyinə görə siyasi partiya və ya blokların 60-dan çox dairədə namizədi olduqda namizədlərə pulsuz efir vaxtı və mətbuatda yer verilir. …

Ətraflı oxu »

Naxçıvanda “ASAN xidmət” mərkəzi tikiləcək – SƏRƏNCAM

Prezident İlham Əliyev Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.  Azinforum.az  xəbər verir ki, sərəncamla Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 8,8 …

Ətraflı oxu »

Əli Nağıyevə və onlara yeni vəzifə verildi – Sərəncam + SİYAHI

Prezident İlham Əliyev “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb. Mia.az xəbər verir ki, komissiyanın yeni tərkibi aşağıdakı redaksiyada verilib. “Komissiyanın sədri Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin …

Ətraflı oxu »

20 yanvar faciənin qurbanları Bakı metropolitenində dərin hüzn və ehtiramla yad ediləcək

Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış 1990-cı ilin 20 yanvar gecəsi faciənin qurbanları Bakı metropolitenində dərin hüzn və ehtiramla yad ediləcək. Məlumata görə, yanvarın 17-si saat 11:00-da “Bakı Metropoliteni” QSC və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə Qanlı Yanvar tarixinin 30 illiyinə həsr olunmuş sərgi başlanacaq. Qeyd edək ki, 1990-cı il …

Ətraflı oxu »