Çərşənbə , May 15 2024
Ana səhifə / Cəmiyyət / Zərifə xanım hər gün xatirələrdədir – Paşa Qəlbinur

Zərifə xanım hər gün xatirələrdədir – Paşa Qəlbinur

“Akademik Zərifə xanım Əliyeva Azərbaycan oftalmoloqlarının müəllimi hesab olunur. O, Azərbaycan oftalmologiyasını xaricdə tanıdan böyük alimdir. Zərifə xanım mənim müəllimim olub. Onu nəinki Azərbaycanda, ölkədən kənarda beynəlxalq elmi toplantılarda dinləyib, yaxından müşahidə etmişəm”.

Bunu Bakupost.az -a açıqlamasında şair, oftalmoloq Paşa Qəlbinur deyib.

O, Zərifə Əliyevanın daim xatırlandığını bildirib:

“O, çox nümunəvi, oftalmologiyanın yeni elmi istiqamətlərinin pioneri olan incan idi. Tibbi etikayla bağlı Zərifə xanımın hələ o vaxt əsərləri çap edilib. Onun traxoma və digər xəstəliklərlə bağlı tədqiqatları bizlərə yaxşı məlumdur. Ona görə də Zərifə xanımın dünyasını dəyişəndən sonra ölməz həyatı başlayıb, hər il, hər gün o, xatirlərdədir, yaddadır”.

Qeyd edək ki, bu gün akademik Zərifə xanım Əliyevanın anım günüdür.

Həmçinin oxuyun

“Ata-anam lal-kar olduğuna görə məni almadılar”

Əməkdar artist Mehriban Xanlarova Real TV-yə müsahibə verib. Belə ki, o, müsahibəsində sənətilə ilə yanaşı, …