Şənbə , May 11 2024
Ana səhifə / Cəmiyyət / Yola salınan məmurlarla bağlı satirik – VİDEO

Yola salınan məmurlarla bağlı satirik – VİDEO

Ötən gün Azərbaycanda bir sıra yüksək vəzifəli məmurlar uzun müddətdir dərd ortağı olan kresloları ilə vidalaşmalı oldular.

Bundan sonra Artur Rasi-zadə, Abid Şərifov, Heydər Əsədov, Səlim Müslümov, İsmət Abbasov Nazirlər Kabinetinə, Əli Həsənov da “Qaçqınkom”a yalnız şikayətçi qismində gedəcək.

Bir sözlə, “yaxşı yol” deyilənlərə “xoş gəldin” söylənənlər ötən gündən etibarən müzakirə mövzusuna çevrilib. Kimisi sevinir, kimisi gülür, kimisi də… Yox, işdən çıxarılanların yaxın ətrafından başqa elə də ciddi şəkildə məyus olan yoxdur.

Əslində, bunu bir o qədər şişirdib, ağır dərdə çevirmək də lazım deyil. Yenicag.az olaraq hazırladığımız bu satirik video da onlara depressiya dövründə psixoloji dəstək üçün kiçik bir hədiyyəmizdir. (Yenicag.Az)

Həmçinin oxuyun

Əlilliyi olan ictimai fəalı apelyasiya məhkəməsi də həbsdə saxladı

“Əlləri işləməyən adam öz cibinə narkotiki necə qoyub?” İsveçdən Azərbaycana deportasiya ediləndən bir müddət sonra …