Bazar ertəsi , May 13 2024
Ana səhifə / Cəmiyyət / “Valideynlərim mənə heç vaxt “oxu” deməyib” – VİDEO

“Valideynlərim mənə heç vaxt “oxu” deməyib” – VİDEO

“Valideynlərim mənə heç vaxt “oxu” deməyib”.

Bunu magistraturaya qəbul imtahanlarında ölkə birincisi olan Aytac Əsgərova bildirib.

Belə ki, o, dünyanın TOP 100 universitetlərindən sayılan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

“Heç vaxt valideynlərim mənə “oxu” deməyiblər. Çünki, uşaqlıqdan həmişə çalışqan şagird olmuşam”, – A.Əsgərova deyib.

O, elə  məktəb illərində də bir sıra nailiyyətlər  qazanıb. Fizika fənni üzrə keçirilən olimpiadanın qalibi olub.

Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi olan Aytac bildirib ki, xaricdə təhsil üzrə dövlət proqramı ilə Böyük Britaniyada təhsil almağı planlayır, sonra isə qayıdıb Azərbaycanda öz sahəsi üzrə fəaliyyət göstərmək istəyir.

Daha ətraflı videomaterialda:

Həmçinin oxuyun

“Paşa Bank” Səlim Müslümovun oğlunu məhkəməyə verdi

“Paşa Bank” ASC sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun oğlu barəsində yenidən …