Ana səhifə / Cəmiyyət / Sumqayıt işini araşdıran, Qriqoriyanı həbs edən Vladimir Kaliniçenko VƏFAT ETDİ

Sumqayıt işini araşdıran, Qriqoriyanı həbs edən Vladimir Kaliniçenko VƏFAT ETDİ

1988-ci ildə ermənilərin Sumqayıtda təşkil etdiyi qırğını araşdıran SSRİ Baş Prokurorluğunun xüsusi mühüm işlər üzrə keçmiş müstəntiqi III dərəcəli dövlət ədliyyə müşaviri Vladimir Kaliniçenko vəfat edib.

Tanınmış müstəntiq ömrünün 75-ci ilində dünyasını dəyişib.

Qeyd edək ki, Kaliniçenko 1988-ci ilin fevral ayında Sumqayıtda baş verən hadisələrdən dərhal sonra SSRİ Baş Prokurorluğu tərəfindən Azərbaycana göndərilib. Baş Prokurorluğunun xüsusi mühüm işlər üzrə müstəntiqi vəzifəsində Kaliniçenko Sumqayıt işini araşdırıb.

Sumqayıt hadisələrinin iştirakçısı və təşkilatçılarından biri olan erməni Eduard Qriqoriyanın həbs edilməsi haqqında qətnaməni məhz Vladimir Kaliniçenko çıxarıb. /APA

Həmçinin oxuyun

“Qurdlar Vadisi”nin aktyoru Əliyevə müraciət etdi – VİDEO

“Qurdlar Vadisi” serialında Kənan Çəkic obrazını canlandırmış aktyor Orhan Aydın Azərbaycan vətəndaşı olmaq istədiyini deyib. …