Ana səhifə / Cəmiyyət / Rusiyanın qəhrəmanına çevrilən azərbaycanlı manyakı dayandırmasından DANIŞDI

Rusiyanın qəhrəmanına çevrilən azərbaycanlı manyakı dayandırmasından DANIŞDI

Rusiyanın Lyubertsı şəhərində küçədə insanlara hücum edən manyakı dayandıran azərbaycanlı hadisənin təfərrüatını danışıb.

Qeyd edək ki, əslən azərbaycanlı olan və 20 ildir ki, Rusiyada yaşayan Müqabil Hacı oğlu Babayev avtomobili ilə cinayətkarı vuraraq yıxıb. Daha sonra yaxınlıqdakı polis əməkdaşları bir neçə dəfə atəş açaraq insanlara hücum edən Romanı saxlayıblar.

Baş verən hadisə barədə danışan M.Babayev bildirib ki, o, avtomobili ilə hərəkətdə olarkən manyakın uşaqlı qadına bıçaqla xəsarət yetirdiyini görüb:

“Yaxınlıqda məktəb var. Qadın uşağını məktəbdən evə aparırdı. Manyakın onlara hücum etdiyini görəndən sonra onu maşınla vurmaq qərarına gəldim”.

Ətraflı İTV-nin süjetində:

Həmçinin oxuyun

Vasif Talıbov 1 il sonra göründü – FOTOLAR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Rza Talıbov ailəsinin fotolarını paylaşıb.  …