Çərşənbə , May 15 2024
Ana səhifə / Cəmiyyət / Qubad İbadoğlundan Təhsil Nazirliyinə 3 təklif

Qubad İbadoğlundan Təhsil Nazirliyinə 3 təklif

Beynəlxalq müəllimlər günündə Təhsil Nazirliyinə 3 təklif təqdim edirəm. Əgər müzakirəyə qəbul olunsa təhsildə nailiyyətləri artırmaq üçün əlavə təkliflər də irəli sürəcəm. Mətbuatın və təhsil ekspertlərinin bu təklifləri ictimai diqqətdə saxlayacağına əminliklə əvvəlcədən onlara təşəkkür edirəm:

1. İbtidai sinifdən başlayaraq informatikanın tədrisinə başlanılsın. Məktəblər arasında aparılan informatika yarışmasının qalibi olan 100 istedadlı və yaradıcı şagirdlər üçün xüsusi qruplar təşkil olunsun. Hər bir şagird ilkin mərhələdə iPad, sonrakı mərhələdə 10.13.02 versiyasindan yuxari səviyyəli Apple kompüterləri ilə təmin edilsin. Bu qrupa daxil olan şagirdlərə dərs vəsaiti kimi Apple saytında, youtube-da yerləşdirilmiş metodiki və təlim materiallarından istifadə edilsin, onlara kodlaşdırma, App yazmaq öyrədilsin.

Tədris Apple, Microsoft, Google şirkətləri və beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində həyata keçirilsin. Eyni zamanda onlara intensiv ingilis dili tədris olunsun. Əminəm ki, bu iş düzgün təşkil olunarsa bir neçə ildən sonra həmin şagirdlər arasında ən azı 10 nəfərin məhsulunu dünya səviyyəsində təqdim olunacaq.

2. Bakı şəhərində, xüsusilə də respublika tabeli şəhərlərdə orta məktəblər wi-fi ilə təmin olunsun. Həmin məktəblərin şagirdlərinə fərdi email hesabları açılsın. Orta məktəblər üçün dərsliklərin, ev tapşırıqlarının və çalışmaların on-line bazası yaradılsın və məktəbdə həmin materialları giriş təmin edilsin ki, uşaqlar kitablarını evdən məktəbə daşımasınlar, onlar internet üzərindən dərsliklərə və dərs vəsaitlərinə giriş əldə etsinlər.

3. İxtisaslar üzrə dünya reytinqində ilk 100- ükdə təhsil alan bakalavr, magistr, doktorluq proqramı tələbələrinin ödəniş haqları dövlət tərəfindən qarşılansın və onlara yaşadığı ölkənin yaşayış minimumu və dərsliklərlə təminat xərci nəzərə alınmaqla təqaüdlər verilsin.

**

Təhsil nazirliyinin bu təkliflərə münasibəti olsa, onu da dərc etməyə hazırıq.

Musavat.com

Həmçinin oxuyun

“Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” – VİDEO

“Mənim anam 14 uşaq dünyaya gətirmişdi. O qədər cavan qalmışdı ki, Bakıya gələndə elə bilirdilər, …