Şənbə , May 11 2024
Ana səhifə / Cəmiyyət / “Ölkədə fövqaladə vəziyyətin elan olunması qaçılmazdır”

“Ölkədə fövqaladə vəziyyətin elan olunması qaçılmazdır”

Hökümətin gördüyü bütün tədbirlərin, iqtisadiyyatın, dövlət büdcəsinin üzləşdiyi ciddi itkilərin və dövlətin koronavirusla mübarizə üçün xərclədiyi yüz milyonlarla manat vəsaitlərin qarşılığında epidemiyaya yoluxanların sayı durmadan artır. 
Operativ Qərargahın məlumatlarına görə mart ayının 17-də ölkədə cəmisi 3 yoluxma faktı qeydə alınmışdı. Bu rəqəm aprel ayının 17-də – yəni bir aydan sonra 57 nəfərə, may ayının 17-də 136 nəfərə, iyun ayının 17-də isə 329 nəfərə çatdı. Özümüzü aldatmayaq, vəziyyət olduqca ciddidir! Bu sətirləri tək mətbuatın və Nazirlər Kabineti yanında Operativ Qərərgahın məlumatları əsasında yazmıram. Tanıdığım və mənə yaxın olan insanlar arasında yoluxma sürətlə artır və artıq onların bəziləri dünyasını dəyişib, digərlərinin durumu isə ağır, orta ağır vəziyyətdədir.
Nazirlər Kabineti yanında Operativ Qərargaha səslənirəm. İndi real nəticə verə biləcək addımlar atmaq zamanıdır, əks halda bizi olduqca ciddi bir vəziyyət gözləyir. Virusla yüksək səviyyədə təşkilatlanaraq mübarizə aparıb, uğur qazanmış yaxın, uzaq ölkələrin təcrübəsini öyrənib tətbiq edin.  
Hadisələrin başlanğıcında biz də çox düzgün yol seçdik, ciddi qaydalar çərçivəsində yaxşı nəticələr əldə edə bildik. Lakin tətbiq olunan qaydaların icrasındakı bəzi formallıqlar, bir çox insanların məsələyə laqeyd münasibəti və yoluxma sayı artdığı bir zamanda qaydaların yersiz yumşaldılması nəticəsində vəziyyət pisləşdi. Görünən budur ki, bir çox müəssisə rəhbərləri vəziyyətin ciddiliyini hələ də dərk etmək istəmirlər. İşçilərin evdən işləmək imkanları ola-ola, onlardan iş yerlərindən fəaliyyət göstərmələri tələb olunur.
Sadə bir misal. Əgər bir ailədə 6 adam varsa və onlardan biri işə gedib evə qayıdırsa, deməli, onun yoluxma ehtimalı ortadadır və o, asanlıqla evdə qalan 5 adamı da yoluxdura bilər. Əslində belə də olur. 
Hesab edirəm ki, yaranmış vəziyyətin ram edilməsi üçün ölkədə fövqaladə vəziyyətin elan olunması qaçılmazdır.
Fikrət Yusifov,tanınmış iqtisadçı professor, keçmiş maliyyə naziri 

Həmçinin oxuyun

Əlilliyi olan ictimai fəalı apelyasiya məhkəməsi də həbsdə saxladı

“Əlləri işləməyən adam öz cibinə narkotiki necə qoyub?” İsveçdən Azərbaycana deportasiya ediləndən bir müddət sonra …