Bazar ertəsi , May 20 2024
Ana səhifə / Cəmiyyət / Nazim Bəydəmirlinin saxlanılması ilə bağlı rəsmi açıqlama

Nazim Bəydəmirlinin saxlanılması ilə bağlı rəsmi açıqlama

Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib.

Bu barədə vətəndaş Nazim Bəydəmirlinin saxlanılması ilə əlaqədar medianın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

“Belə ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Hazırda N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir”, – Z.Hüseynov qeyd edib.

Həmçinin oxuyun

“Azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur” – Emin Əmrullayev

Dövlət təqaüdü ilə təhsil alan azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur. Azərbaycanın Britaniyadakı Səfirliyindən “Report”a …