Cümə axşamı , May 30 2024
Ana səhifə / Cəmiyyət / Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı

Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı

Sabiq deputat Nazim Bəydəmirlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilib və Nazim Bəydəmirli barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay uzadılıb.
Xatırladaq ki, 2005-2010-cu illərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli iyulun 4-dən həbsdədir.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (xeyli miqdarda əmlak tələb etmək məqsədilə hədə-qorxu ilə tələb etmə- xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
Cinayət işinin materiallarında iddia olunur ki, o, pay sahibi olduğu şirkətdə şərikini görüntülərlə şantaj edərək, ondan 50 min manat pul tələb edib.
Nazim Bəydəmirli iyulun 4-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“bandotdel”) çağırılaraq saxlanılıb. O, ittihamı qəbul etmir, Söyüdlü etirazlarına görə həbs olunduğunu deyir.

Həmçinin oxuyun

“Xəzər TV” “Vəlioğlu-2018”i məhkəməyə verdi – 1 milyona yaxın vergi borcu var

Ölkənin aparıcı televiziya kanallarından biri olan “Xəzər TV” uşaq bezlərinin və təmizlik məhsullarının satışı ilə …