Bazar ertəsi , May 20 2024
Ana səhifə / Cəmiyyət / Məhsullarını sata bilməyən azərbaycanlılar etiraz aksiyası keçirib (FOTO)

Məhsullarını sata bilməyən azərbaycanlılar etiraz aksiyası keçirib (FOTO)

Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndində sakinlər yetişdirdikləri məhsulu sata bilmədiklərinə görə etiraz aksiyası keçiriblər.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə “Rustavi 2” televiziya kanalının hazırladığı süjetdə bildirilib.
Sakinlərin sözlərinə görə, Gürcüstana xarici ölkələrdən böyük həcmdə pomidor idxal olunduğundan onların məhsulu 20 tetriyə belə satılmır.
Kənd sakini Tamaz Məmmədov deyib ki, məhsulun yetişdirilməsi üçün bankdan kredit götürüb: “Məhsulumuz satılmadığından xarab olur. Hökumət bu məsələyə diqqət göstərməsə, Marneulidə magistral yolu bağlayacağıq”.
Məhsul istehsalçıları etiraz əlaməti olaraq çoxlu sayda pomidoru ayaq altına ataraq tələf ediblər.

Həmçinin oxuyun

“Azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur” – Emin Əmrullayev

Dövlət təqaüdü ilə təhsil alan azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur. Azərbaycanın Britaniyadakı Səfirliyindən “Report”a …