Şənbə , May 11 2024
Ana səhifə / Cəmiyyət / Karantin rejimi nə vaxt ləğv ediləcək?

Karantin rejimi nə vaxt ləğv ediləcək?

“Bu gün ölkəmizdə pandemiya başyalandan yeni rekord – 4 943 yeni yoluxma faktı qeydə alınıb. Bütün dünyada belədir, virusun son dalğasını yaşayırıq, bəşəriyyət təbii yolla “vaksinləşir”, nəhayət ki, təbii və kütləvi imunitet yaranır. Ona görə də, panikaya qapılmırıq, cəmi 3-4 həftə belə gedəcək, gələn həftənin ortasından sağalanların sayı kəskin artmağa başlayacaq, sonra yoluxmalar kəskin azalacaq, mart ayında, Novruz Bayramına yaxın yoluxmalar minimum həddə düşəcək”.

Bunu ekspert Natiq Cəfərli bildirib.

N.Cəfərli qeyd edib ki, insanlar bu bəladan artıq bezib, son 2 ildə Dünyada bəşəriyyətin, insanların son 200 ildə qazandığı bütün haqq və azadlıqlarını tapdadılar, virusla mücadilə etməkdənsə insanlıqla mücadilə etdilər, mənasız, məzmunsuz qərarlar aldılar, amma artıq sondur, artıq bitir, aprel-may aylarına, dünyada məzuniyyətlər mövsümünün başlanmasına yaxın bütün məhdudiyyətlər ləğv ediləcək, dünya rahat nəfəs almağa başlayacaq: “Bundan sonra Bəşəriyyət gərək son 2 ili ciddi sorğulasın, böyük araşdırmalar aparılsın ki, bir daha belə hüquqsuzluqlar təkrarlanmasın. Dünya ilk gündən panikanı yığışdırıb, virusa münasibəti dəyişib normal sağlıq problemləri ilə məşğul olsaydı, daha az itgi ilə bu bəladan çıxardıq. Dünyada insanları virusdan daha çox panika, son 2 ildə başqa xroniki xəstələrin normal müalicə ala bilməməsi, axmaq qapanmalar, stress, işsizliyin, yoxsulluğun artması öldürdü…”

Həmçinin oxuyun

Əlilliyi olan ictimai fəalı apelyasiya məhkəməsi də həbsdə saxladı

“Əlləri işləməyən adam öz cibinə narkotiki necə qoyub?” İsveçdən Azərbaycana deportasiya ediləndən bir müddət sonra …