Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / “İşləməyənlərin və aztəminatlı ailələrin tibbi sığorta məsələsi insanları narahat edir”

“İşləməyənlərin və aztəminatlı ailələrin tibbi sığorta məsələsi insanları narahat edir”

“Gələn ildən Azərbaycanda icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqindən sonra işləməyən şəxslərin və aztəminatlı ailələrin necə sığorta olunması məsələsi insanları daha çox narahat edir”.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı deyib. 
“İcbari tibbi sığortanın tətbiqindən sonra əmək haqları yüksək və əmək haqları aşağı olan vətəndaşlar arasında bir fərq olacaqmı? Azərbaycan Konstitusiyasının 149-cu maddəsində də deyilir ki, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə, yəni bərabər mənafelərə bərabər münasibətə əsaslanmalıdır”, – deyə millət vəkili bildirib.
O qeyd edib ki, bu məsələnin qısa müddət ərzində həllini tapması gələcək işin daha da planlı şəkildə həyata keçirilməsinə yardım edəcək: “Standart tibbi sığorta paketindən əlavə, insanların istəklərinə uyğun xəstəxana və həkim seçimi zamanı rəsmi ödəmələrin nəzərdə tutulması da çox vacibdir. Bu, kölgə iqtisadiyyatının qarşısının alınmasında bizə kömək edə bilər. Qısamüddətli və uzunmüddətli qərarlar nə olur-olsun, səhiyyənin inkişafında atılan addımlara bütün səhiyyə işçiləri canla-başla hazırdırlar. Əminəm ki, bizlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın humanizm bayrağı altında birləşərək bütün çətinliklərin öhdəsindən gələcəyik”.

Həmçinin oxuyun

Hacı Şahin Həsənlinin xatirəsinə həsr olunmuş film çəkilib -VİDEO

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin həyat və fəaliyyətindən bəhs edən sənədli film çəkilib. Filmin müəllifi …