Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / İraqlı şagird: “Bakıdan müsbət enerji aldım”

İraqlı şagird: “Bakıdan müsbət enerji aldım”

“Mən Azərbaycanda təhsil almaq arzusundayam. Bakı ilə, burada təhsil imkanları ilə tanış olmaq imkanımız vardı. Bu imkandan istifadə edərək, bəzi təhsil ocaqlarında olduq. Qərbi Kaspi Universitetində keçirdiyimiz görüşlər mənə olduqca xoş təsir bağışladı”.

Bu sözləri Azərbaycanda təhsil imkanları ilə tanış olmaq üçün ölkəmizdə olan iraqlı şagird qrupunun üzvü Muhammad Hasan deyib.

İraqın Ərbil şəhərindən olan 10-cu sinif şagirdi Muhamməd bildirib ki, Qərbi Kaspi Universitetində gördüyü müasir laboratoriyalar, fərqli təhsil mühiti onu Bakıda qalmağa bir qədər də həvəsləndirib: “Çox müasir universitetdir. Tələbələr də, müəllimlər də insanda ümid yaradır. Ümumilikdə Bakıdan çox müsbət enerji aldım”.

Qeyd edək ki, İraqdan olan 4 orta məktəb şagirdi bu günlərdə Qərbi Kaspi Universitetində olub. Azərbaycanda təhsil almaq istəyən məktəblilər universiteti gəzib, ayrı-ayrı fakültələrdə, laboratoriya və mərkəzlərdə olublar.

Şagirdlərə Qərbi Kaspi Universitetinin tarixi, əldə etdiyi nailiyyətlər və son illərdə həyata keçirilən layihələr barədə məlumat verilib. Son iki il ərzində universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün görülən işlər, Texnoparkda qurulmuş şərait və tələbələr, eləcə də məktəblilərin iştirakı ilə yəyata keçirilən innovativ layihələr iraqlı şagirdlərin marağına səbəb olub. Modern.az

Həmçinin oxuyun

Paytaxtda 600 manata səməni satılır? – VİDEO

Novruz bayramına artıq sayılı günlər qalıb. Bu bayramın əsas simvollarından biri olan səməni demək olar …