Ana səhifə / Cəmiyyət / “İcra başçısının, məmurun bacısı, həyat yoldaşı direktor qoyulur, ona görə də… ”

“İcra başçısının, məmurun bacısı, həyat yoldaşı direktor qoyulur, ona görə də… ”

Son dövrlər təhsil sektorunda yaranan problemlər bir sıra sualları gündəmə gətirib. Təhsildə islahata haradan başlanılmalıdır? Niyə orta məktəblərdə rüşvətin kökü kəsilmir? Nədən bəzi təyinatlarda hələ də rüşvət amili rol oynayır? Nədən əksər məktəb direktorları “alverçi” təfəkkürlüdür? Məlum olan budur ki, bütün bunları aradan götürmədən təhsildə uğur qazanılmasını təmin etmək mümkün olmayacaq. Bəs nə etməli?

Suallarımıza ölkəmizin tanınmış ekspertləri cavablandırıb.

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı “Yeni Müsavat” a bunları bildirib: “Biz təhsil sahəsində islahat aparmaq üçün ilk olaraq təhsili müstəqil etməliyik. Kənar müdaxilələr islahatların qarşısını alır. Bu gün ölkə təhsilində maraqlı qüvvələrin izi hiss olunan dərəcədə çoxdur. Belə olan halda uğurlu islahat mümkün deyil. Çünki hər birinin öz maraqları var. Çəkişən maraqlar xalqın maariflənməsini və milli maraqları kənarda saxlayır. Məhz bu səbəblərə görə də müstəqil qərarlar verə biləcək mərkəzi orqan formalaşmalıdır. Bunun ardınca yeni model tətbiqi mümkündür. Hansı ki, bu model özümüzə məxsus və ya başqa ölkələrin (Finlandiya, İsrail və s.) tətbiq etdiyi uğurlu model ola bilər”.

Ekspert “Niyə orta məktəblərdə rüşvətin kökü kəsilmir” sualına belə cavab verib: “Rüşvətin kökünü kəsmək üçün mərkəzi qurum maraqlı olmalıdır. Bu gün tapşırıqla, rüşvətlə məktəbə rəhbərlik edən şəxslər olmasa, kimsə orada rüşvətə meyl etməz. Elə isə o şəxslərin təyinatını aparan qurumu biz müstəqil tanıya bilmərik. Müdaxilə imkanları məhdud olan mərkəzi qurumun mövcudluğu heç bir halda korrupsiyaya qarşı mübarizə apara bilməz. Bu gün direktorların və müəllimlərin işə qəbulu şəffaf halda aparılsa da, bu tam deyil. Yenə də rüşvət və tanışlıq amili rol oynayır. Nəticədə 5 nəfər uğurlu təyinat alırsa, bir o qədəri də qeyd olunan faktlar əsasında direktor olur. O direktor da alternativ yolla müəllim işə qəbul edir. Nəticə etibarilə rüşvət zənciri formalaşır. Müəllim də şagirddən pul yığmaqda maraqlı olur. Nədən bəzi təyinatlarda hələ də rüşvət amili rol oynayır? Yuxarıda qeyd etdiyim kimi, bunun ən başlıca səbəbi mərkəzi qurumun müstəqil olmaması və müdaxiləyə açıqlığıdır. Belə olan halda təyinatlar zamanı rüşvət və tapşırıq amili qaçılmazdır. Ölkədə fəaliyyət göstərən 4432 məktəbdən təxminən 4343-də direktor var, 90 məktəbdə isə direktor yoxdur. Faktiki direktor vəzifəsində çalışanların da 30 faizi  məhz son dövrlər direktorların işə qəbulu zamanı təyin olunanlardı. Qalanları isə rüşvət və ya tanışlıq-tapşırıq əsasında bu postları tutublar. Həmin şəxslər üçün əsas meyar qazanc, əsas prioritet isə rüşvətdir. Ona görə də dərs saatlarını satır, müəllim vakansiyasını gizlədərək özü rüşvət alıb müəllim təyin edir, sinif otaqlarını icarəyə verib pul alır, şagirdi hazırlığa buraxıb aylıq alır və s. Belə alverçi təfəkkürlü şəxslər məktəb rəhbərliyində təmsil olunduğu müddətdə rüşvətin qarşısını almaq mümkün olmayacaq. Mərkəzi qurum da bu məsələnin həllində əvvəlki kimi aciz olacaq. Uğursuz kadr təyinatları, təhsil proqramlarının, dərsliklərin yüniləşməməsi, məktəblərin azlığı, vakansiyaların gizlədilməsi, siniflərdə şagird sıxlığı və s. bu kimi məsələlər də inkişaf qarşısında maneələr sırasındadır. Bütün bunların həlli üçün mütləq mərkəzi qurum, yəni Təhsil Nazirliyi müstəqil olmalı, nazirliyə müdaxilənin qarşısı alınmalıdır”.

Kamran Əsədov diplomu tanınmayan məzunlardan danışdı - Günah kimdədir? »  Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Kamran Əsədov: “Müəllim normal məvacib almalıdır ki, valideynin əlinə baxmasın”

Təhsil eksperti Kamran Əsədov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb: “İlk növbədə qeyd edim ki, Azərbaycan universitetlərinin təbliğata ehtiyacı var. Bütün dünya yığılsa, yenə məni inandıra bilməz ki, İğdırdakı, Qarsdakı, Uşakdakı universitetlər Bakıdakı universitetlərdən yaxşı təhsil verir. Son illər ali təhsil ocaqlarımızda nəzərəçarpacaq müsbət dəyişikliklər baş verib. Azərbaycan universitetləri cidd-cəhdlə rüşvət bəlasından xilas olmağa çalışırlar. Gözümüzün qabağında müsbət nümunələr var. Qeyd edim ki, müəllimlə şagird arasındakı pul dialoqu şagirdin körpə yaşından əxlaqi mənəvi keyfiyyətlərinin öldürülməsi, uşağın rüşvətə alışdırılması deməkdir. Təcrübə göstərir ki, müvafiq qanunlarla bunun qarşısını almaq qeyri-mümkündür. Ancaq iki yol var. Birincisi, valideynlərin dirəniş göstərməsidir. Müəllim pul istəyəndə verməməli, ictimai qınaq, kampaniya olmalıdır. Valideynlər müəllim pul istəyən kimi aparıb verir, sonra da başlayırlar şikayət etməyə. İkinci yolu isə müəllimlərin əmək haqlarının artırılmasıdır. Müəllim normal məvacib almalıdır ki, valideynin əlinə baxmasın. 130-150 manatla ailə saxlamaq mümkünsüzdür. Düşünürəm ki, müəllimlər çox zaman ehtiyac ucbatından bu addımı atırlar. Burada bir sual yaranır ki, niyə özəl məktəblərdə çalışanlar rüşvət almır? Çünki onlar ayda 800-1000 manat maaş alır və rüşvətə ehtiyacları olmur. İş yerlərini itirməmək üçün də bu cür neqativ yollara əl atmır. Ancaq digər orta məktəblərdə bu belə deyil”.

K.Əsədov əlavə edib ki, ölkədə başqa sferalarda olduğu kimi, təhsil sistemində də çox ciddi korrupsiya var və bu bəlaya qarşı yetərincə mübarizə aparılmır: “Hökumət istəsə, təhsil sistemində korrupsiyanın qabağını çox asanlıqla ala bilər. Heç inkişaf etmiş ölkələrdən misal gətirmirəm. Sadəcə, götürək qonşu İranı və Türkiyəni. Bu ölkələrdə korrupsiya, rüşvət varmı? Müxtəlif sferalarda var. Bəs təhsildə korrupsiya varmı? Nə İranın, nə də Türkiyənin orta və ali məktəb sistemində korrupsiya halları yoxdur. Deməli, dünyanın çox da qabaqcıl olmayan ölkəsində də təhsili korrupsiyadan tam azad etmək olar. Çünki o dövlətlərin də öz dövlətçilik ənənəsi var. Təhsil onlar üçün xüsusi sahədir. Burada kim rüşvət alsa, onun karyerası məhv olar və cəmiyyətdə nüfuzdan düşər. Həmin ölkələrin bu məsələyə yanaşması o qədər ciddidir ki, belə hallara heç kim yol verə bilməz. Bizdə isə rüşvətə qarşı mübarizə sözdə deyilir, amma işdə ona əməl edilmir.

İstənilən ölkədə, təhsil ocağında, rüşvəti ləğv etmək üçün başda duran birinci adam özü, rüşvət almır. Nəinki rüşvət almamalı, hətta o, bunu ağlına belə gətirməməlidir. Rəhbər şəxslər elə mühit yaratmalıdır ki, ümumiyyətlə, rüşvət vermək və almaq mümkün olmasın, insanlar şüurlu şəkildə rüşvət almaq istəməsinlər. Acınacaqlı haldır ki, ölkənin təhsil sistemi rüşvətə elə yoluxub, adam dəhşətə gəlir. Hər bir təhsil müəssisəsi rəhbərinin rüşvət torunun başında durduğu ölkədə uğurlu təhsildən söhbət gedə bilməz. Rüşvət ölkənin bütün sahələrində, o cümlədən təhsilin bütün pillələrində adiləşdirilib, normal münasibət vasitəsinə çevrilib.

Məktəblərdəki rüşvətin bir ara kökü kəsilirdi, amma indi yenə də görürsən ki, hansısa icra başçısının, məmurun bacısı, həyat yoldaşı məktəb direktoru qoyulur. Bunlara son qoymaq vacibdir. Yaxşı, işinin peşəkarı müəllimləri, pedaqoqları, idarəçiləri məktəblərə rəhbər qoymaq lazımdır.

Ekspert Elçin Əfəndi təhsillə bağlı suallara aydınlıq gətirib - ARB24 (Nə  baş verir?) - YouTube

Elçin Əfəndi: “Rüşvətin kökünü kəsmək üçün mərkəzi qurum maraqlı olmalıdır”

Tənqidi düşüncə dövləti əhəmiyyət kəsb edir, ictimai marağı şəxsi maraqdan qorumaq üçündür. Biz yaxşı məktəbləri, yaxşı müəllimləri, yaxşı direktorları tərifləyib, tamam əks mövqedə olanları tənqid etməliyik. Neqativ hallar dilə gətirilmədikcə, məktəblərimizdə daha da çoxalır”.

Ekspert müəllimlərin peşə bayramını xatırladır: “Düşünürəm ki, bu peşə bayramında müəllimin haqqıdır ki, hər hansı şagirdindən və ya ailədən hədiyyə alsın. Ancaq bu, könüllülük əsasında olmalıdır. Təəssüflər olsun ki, bu, çox ifrat dərəcədə, eybəcər şəkildə həyata keçirilir. Hətta müəllimlər uşaqlara məbləği də deyirlər. Misal üçün, deyir ”30-50 manatdan aşağı pul yığsanız götürməyəcəyəm”. Müəllimlərin bu cür hökmlə danışmasında valideynlərin də böyük günahı var. Valideyn şərait yaradır ki, müəllim ondan pul istəsin və hökmlə danışsın. Bütün sinif valideynləri birlik nümayiş etdirib pul verməsə, müəllim cəsarət edib pul istəyə, yaxud pul verməyən uşağı incidə bilməz. Əgər valideyn haqlıdırsa, cəsarət edib uşağını pul üçün incidən müəllimi ictimaiyyət qarşısında mədəni şəkildə biabır etsin. Bir sözlə, təhsil sahəsindəki rüşvətin qarşısını almaq üçün müəllimlərin əmək haqqı yüksəldilməli və ictimai dirəniş olmalıdır.

Məktəb direktorları təlimlərdən keçdikdən sonra seçilib təyin olunurlar, burada da rüşvətxorluq istisnadır. Orta təhsildə isə yalnızca direktor özbaşınalığı qalır. Müəllimlərdən əlavə pullar tutulur və müəllimlər məcbur edilir ki, şagirdlərdən vəsait tələb etsinlər. Bu halların kökü hələlik kəsilməyib. Peşə təhsili məktəblərinə qəbulda hansı rüşvətxorluqdan danışmaq olar ki, orta məktəb məzunlarının cəmi 13-15 faizi təhsilin bu pilləsinə üz tutur, özü də könülsüz. Kollec və ali məktəblərə tələbə qəbulunu Dövlət İmtahan Mərkəzi həyata keçirir. Burada rüşvətin olub-olmamasını hamı gözəl bilir. Kolleclərdə semestr imtahanlarına cavabdehliyi kollec direktorları daşımalıdırlar. Neqativ halların kökü kəsilməyib. Ali məktəblərdə semestr imtahanları mərkəzləşmiş şəkildə həyata keçirilir. Semestr və dövlət imtahanlarında rüşvətxorluq varsa, deməli, rektorlar cavabdehlik daşıyır. Ali məktəblərdə köçürülmə üçün şərtlər o qədər sərtləşdirilib ki, müraciət edənlərin sayı bəlkə də 20 dəfə azalıb. Təhsildə tələbə köçürmələri rektorların “Axilles dabanı” idi. İndi rektorlar artıq köçürməni “menyu”dan çıxarıblar.

Məsələn, informasiya-kommunikasiya texnologiyalarında sovetlər geri idi. Yaxşı bir kompüter və ya nəqliyyat sferasında kiçik bir normal maşın istehsal edə bilmədilər. Eləcə də genetika, biotexnologiya kimi aparıcı sahələrdə geri qaldılar. Elmdə və texnologiya sahəsindəki gerilik təhsildə özünü göstərir. Bütün bunların nəticəsi olaraq ümumi keyfiyyət aşağı düşdü. Digər tərəfdən, iqtisadi çətinliklər, ümumi keyfiyyətin, mənəvi cəhətdən məsuliyyətin aşağı düşməsi təhsildə korrupsiyanı və tapşırıq sistemini qeyri-adi dərəcədə inkişaf etdirdi. Demək olar ki, bu, az qala idarə üsuluna çevrildi. Yəni biri iş görəndə digərinə tapşırmalı, ya da pul verməlidir. Bunlar sovet dövründə var idi. Hərc-mərclik dövründə isə bunların qarşısını almaq mümkün olmadı. Mən korrupsiyanın və tapşırıq sisteminin həddən artıq geniş yayılmasını mühüm problem hesab edirəm. Bunlardan doğan bir problem də dünya təhsil sistemi ilə əlaqə çox zəif olması idi. Moskvadan məhrum olandan sonra “Biz haradan öyrənməliyik?” sualı yarandı. Bir növ əyalətçilik əmələ gəldi. Yəni özümüz öz qazanımızda qaynamağa başladıq. Bu da mənfi bir hal ola bilər. Əlbəttə, son illər müəyyən pozitiv dəyişmələr var. Yəni problem heç də 1995 və ya 1998-ci illərdə olduğu kimi deyil. O vaxtdan orta və ali təhsildə müəyyən dəyişikliklər baş verib. Ancaq bu, qəti surətdə kifayət deyil. Əgər kifayət olsaydı, heç təhsil problemləri ilə bağlı müşavirələr də keçirilməzdi. Bu cür müşavirələr dövri olaraq keçirilir. Ancaq təəssüf ki, bunun çox böyük effekti olmur”.

Həmçinin oxuyun

Nazir bu xanımı xidmət rəisi təyin etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinə yeni rəis təyin edilib. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin …