Bazar ertəsi , May 20 2024
Ana səhifə / Cəmiyyət / Bakıda aksiya: Dəmir yumruğu niyə əzirlər?

Bakıda aksiya: Dəmir yumruğu niyə əzirlər?

Nazirlər Kabineti önündə 2-ci Qarabağ müharibəsinin iştirakçıları etiraz edib. İyunun 12-də baş tutmuş aksiyada etirazçılar veteranlıq statuslarını ala bilmədiklərini dilə gətiriblər. Şikayətçilər aidiyyatı qurumları qapı-qapı gəzdiklərini bildiriblər.

Etirazçılar 2-ci Qarabağ müharibəsi zamanı döyüşlərin müdafiə hissəsində olduqlarını bildirirlər.  elə bu səbəbdən veteranlıq statuslarını ala bilmədiklərini deyiblər.

Polis etirazçıları Nazirlər Kabinetinin qəbul şöbəsinə aparıb. Orada onların şikayətləri dinlənildikdən sonra Müdafiə Nazirliyinə göndəriliblər. 
Aksiya iştirakçıları Toplum TV-yə isə bildirib ki, Müdafiə Nazirliyində onları qəbul edən olmayıb. Onlar növbəti həftə üçün yenidən aksiya təşkil edəcəklərini bildiriblər.

Həmçinin oxuyun

“Azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur” – Emin Əmrullayev

Dövlət təqaüdü ilə təhsil alan azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur. Azərbaycanın Britaniyadakı Səfirliyindən “Report”a …