Çərşənbə axşamı , May 21 2024
Ana səhifə / Cəmiyyət / Anar: “21 mənzili 230 nəfərə necə bölmək olar ki, hamı razı qalsın?”

Anar: “21 mənzili 230 nəfərə necə bölmək olar ki, hamı razı qalsın?”

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev ev qalmaqalı ilə əlaqədar yazıçılara cavab verib.

O, müsahibəsində mənzillərin ehtiyacı olanlara verildiyini deyib.

Prezidentə müraciət etdim, onun tapşırığı ilə Bakının icra başçısı Eldar Əzizov bizə torpaq sahəsi ayırdı. İcra Hakimiyyətinin təklifi ilə bir firmaya verdilər ki, bunlar tiksinlər. Bu evi tikdilər və həmin evdən müqaviləyə əsasən, müəyyən faiz, yəni bizə 21 mənzil verdilər – 6 birotaqlı və 15 ikiotaqlı. Evə görə isə Yazıçılar Birliyində 230 ərizə var. İndi bu döşünə döyənlər desin, 230 ərizəni 21 yerə necə bölmək olar ki, hamı razı qalsın?”.

“Bəziləri vay-şüvən qaldırır ki, niyə mən almadım, o aldı? Ən çirkin üsullara əl atırlar ki, guya burda alver olub. Katiblərlə məsləhətləşirdim, deyirdim ki, təkliflərinizi verin. Amma son qərarı mən təkbaşına qəbul elədim və bunun məsuliyyətini də daşıyıram. Heç kimdən də qorxmuram, çəkinmirəm və bunu izah edə bilərəm ki, nə cür verilib və kimə verilib”, – deyə AYB sədri bildirib.

 Sədr deyib ki, növbəti mənzillərin inşası üçün ərazi ayrılıb:

Sonra da düşünürəm, Yazıçılar Birliyinə, həmçinin birliyin öz içindən olan adamlar, işin içində olanlar, hətta ev alan adamlar tərəfindən üstümə bu qədər çirkab atılacaqsa, buna dəyərmi? Bunu alver kimi qələmə verirsə, belə adamlar üçün təzədən çalışmağa, vuruşmağa, əlləşməyə, bu qədər çətinliyə dözməyə dəyərmi?”.

Anar deyir ki, ev Yazıçılar Birliyinə verilib, bütün yazıçılara yox:

“Yazıçılar Birliyi, təbii ki, bizdən kənarda olan adamlara da ev verib, adbaad deyə bilərəm sizə. Görkəmli yazıçılardı, dramaturqdu, şairdi, tənqidçidi. Eyni zamanda aparatda işləyən adamlara da ev verilib. Aparatda işləyən adam ayrı hardan ev ala bilər? Bu da vətəndaşdı da. Sürücü olsun, kadr şöbəsi olsun, ya müşavir olsun. Sürücüm 16 ildir burada işləyir. Burdan ev almayıb, hardan ala bilər? O da bir vətəndaşdır. Mən bayaq dedim, yenə təkrar edirəm: bu – bütün yazıçılara verilən ev deyil. Bu, Yazıçılar Birliyinə verilib ki, biz bölək”.

36 ildə 100 mənzil vermişəmsə, bir mənzil mənim özümə düşür ya düşmür? Əgər düşürsə, mən o mənzili sürücümə vermişəm”, – deyə o qeyd edib.

AYB sədri iki dəfə ev alanlarla bağlı məsələyə də aydınlıq gətirib:

Kiminsə 20 il ərzində ikinci dəfə ev almağa ixtiyarı yoxdur? Əgər bunun ailəsi böyüyübsə, övladları ailə qurubsa, qızı ərə gedibsə, nəvələri olubsa, ev almamalıdır? Bir neçə il əvvəl ev alıb, evi alıb da, yaşayır da. İndi başqaları ev alanda gəlib vay-şüvən qaldırır ki, bəs mən evimi təmir edə bilmirəm. Bəs bütün bu illər necə yaşamısan? Əgər təmir edə bilməmisənsə, deməli, ancaq başqası alanda yadına düşür? Ancaq hikkədir ki, niyə başqası aldı, mən yenidən almadım”.

Bu günlərdə sosial şəbəkələrdə AYB-nin üzvlərinə mənzil verməsi ilə bağlı məlumatlar yayılıb.

Bildirilib ki, birliyin sədri mənzillərin bölüşdürülməsində qeyri-şəffaflığa yol verib.

Qeyd edilib ki, sədr öz sürücüsünə, AYB-nin katibi İlqar Fəhminin katibəsinə, həmçinin daha öncə mənzil alan bəzi yazıçılara da ikinci dəfə ev verib.

Daha sonra AYB-dən mənzil alanlar Seyran Səxavət, Nəriman Qasımzadə, Vaqif Əlixanov, Firuz Mustafa, Dəyanət Osmanlı, Xanəmir Telmanoğlu, Elxan Zal, Elmar Şeyxzadə, Gülxani Pənah, Arifə Əliyeva, Südabə Ağabalayeva, Məlahət Qənbərova, Narıngül Babayeva, Şəfəq Sahibli, Xəyal Rza, Əlibala Əliyev, Şəmsiyə Camalova, Ülviyyə Heydərova, Ulucay Akif, Rauf Aslanov, Seyran Məlikov birgə bəyanat yayaraq, hadisənin onlar üçün də gözlənilməz sürpriz olduğunu deyiblər.

Həmçinin oxuyun

Yetkinlik yaşına çatmayan şəxslər ən çox bu rayonlarda evləniblər – Rəsmi

Ötən il Azərbaycanın 12 iqtisadi rayonu üzrə 293 erkən evliliyin qarşısı alınıb.Bu, Ailə, Qadın və …