Şənbə , May 11 2024
Ana səhifə / Cəmiyyət / Agentliyin Müşahidə Şurasının üzvündən maliyyə nazirinə CAVAB

Agentliyin Müşahidə Şurasının üzvündən maliyyə nazirinə CAVAB

“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi öhdəsinə düşən vəzifəni düzgün icra edir. Dövlət Agentliyi fəaliyyətini müvafiq qaydalara uyğun həyata keçirir”.
Bunu Report-a açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev deyib.
O xatırladıb ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi Prezident İlham Əliyevin 19 aprel 2021-ci il tarixli fərmanı ilə yaradılıb: “Fərmana əsasən, həm də QHT-lərə Dövlət Dəstəyi Şurası ləğv edilib. Bu Fərmanla Nazirlər Kabinetinə tapşırılıb ki, QHT-lərin qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilmə qaydası, qrant məbləğinin müəyyən edilməsi meyarları və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddi ilə bağlı təkliflər hazırlansın. Nazirlər Kabinetinin 29 aprel 2021-ci il tarixli sərəncamı, hər şeydən əvvəl dövlət başçısının müvafiq fərmanında nəzərdə tutulan məhz bu məsələlərin həlli ilə bağlıdır. Həmin sənədə əsasən, qrant müsabiqələrinin keçirilməsi qaydası İqtisadiyyat Nazirliyinə həvalə olunur. Artıq nazirlik müvafiq sənədləri hazırlayıb, Dövlət Agentliyi də öz növbəsində Ədliyyə və Maliyyə nazirlikləri ilə yanaşı, bu sənədlərə müvafiq rəy və təkliflərini təqdim edib. Nazirlər Kabineti tərəfindən bu qaydalar təsdiq edilməyənə qədər QHT-lərə Dövlət Dəstəyi Agentliyi qrant maliyyələşməsi ilə bağlı müsabiqə keçirmək hüququ yoxdur”.
Şura üzvü qeyd edib ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi qrant müsabiqələrinin daha tez keçirilməsində və QHT-lərin müxtəlif layihə və təşəbbüslərinin dəstəklənməsində daha çox maraqlıdır: “Bu ilin sentyabrın 16-da Agentliyin Müşahidə Şurasının qrant müsabiqəsinin keçirilməsinə hazırlıqla bağlı iclası keçirilib. İclasda müsabiqə mövzuları təsdiq olunub”.
“Hazırda QHT-lərə Dövlət Dəstəyi Agentliyi Nazirlər Kabinetinin qəbul edəcəyi qərarı gözləyir”, – N.Mehdiyev vurğulayıb.

Həmçinin oxuyun

Əlilliyi olan ictimai fəalı apelyasiya məhkəməsi də həbsdə saxladı

“Əlləri işləməyən adam öz cibinə narkotiki necə qoyub?” İsveçdən Azərbaycana deportasiya ediləndən bir müddət sonra …