Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Naxçıvanda hərbi hissə komandirlərinin təlimi keçirilir

Naxçıvanda hərbi hissə komandirlərinin təlimi keçirilir

Əlahiddə Ümumqoşun Orduda birləşmə, hərbi hissə komandirləri və onların müavinləri ilə cari ilin ilk komandir toplantısı keçirilir.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən Moderator.az-a məlumat verilib.
Toplantının əsas məqsədi idarəetmə orqanlarının açılması, komandirlərin qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi və onlarda döyüş işinin təşkili zamanı yüksək təşkilatçılıq vərdişlərinin aşılanması, eləcə də silahlanmaya yeni daxil edilmiş silah və hərbi texnika ilə tanışlıqdır. Toplantı zamanı şəxsi heyətdən fiziki və taktiki hazırlıq, həmçinin topoqrafiya və rəhbər sənədlərinin tələblərini bilmələri üzrə məqbullar qəbul edilir. Məşğələlər Təlim-Tədris Mərkəzində və “Naxçıvan” poliqonunda keçirilir.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …