Ana səhifə / Cəbhə Xəbərləri / ANAMA-nın Cəbrayılda minaya düşən əməkdaşları evə buraxılıb

ANAMA-nın Cəbrayılda minaya düşən əməkdaşları evə buraxılıb

Mina hadisəsindən sonra profilaktik müayinədən keçirilən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları evə buraxılıb.

Bu barədə “Report”a ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2022-ci il 17 iyun tarixində Cəbrayıl rayonu ərazisində baş vermiş mina hadisəsi zamanı yaxınlıqda olan bir neçə ANAMA əməkdaşı Beynəlxalq Minatəmizləmə Standardlarına uyğun olaraq profilaktika məqsədilə həkim müayinəsindən keçirilib, onlara psixoloji dəstək göstərilib.

Belə ki, Mərkəzi Klinik Gəncə Xəstəxanasına yerləşdirilən Quliyev Ələsgər Asif oğlu və Cəbrayıllı Fərid Zakir oğlu, eləcə də Bakı şəhər Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilən Mustafayev Mahir Hüsaməddin oğlu və Gözəlov Samir Arif oğlu bütün zəruri tibbi müayinələrdən keçirilərək evə buraxılıblar. Həkim nəzarətindən keçən hər bir əməkdaşın vəziyyəti qənaətbəxşdir.

İşğaldan azad edilmiş ərazilərdə təhlükəsiz mühitin yaradılmasında iştirak edən əməkdaşların sağlıq vəziyyəti hər zaman ANAMA-nın diqqət mərkəzindədir.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …