Çərşənbə , May 8 2024
Ana səhifə / Cəmiyyət / BDU-nun professoru karantin qaydalarını pozdu – FOTOLAR

BDU-nun professoru karantin qaydalarını pozdu – FOTOLAR

Bakı Dövlət Universitetinin (BDU) professoru İradə Hüseynova karantin qaydalarını pozaraq restoranlardan birində özünə dəbdəbəli ad günü keçirib.

Alim bununla bağlı fotoları “Facebook” hesabında paylaşıb. 

Fotolardan görünür ki, İ.Hüseynova ad günü münasibətilə ziyafət təşkil olunub. Ona üzərində “Ən yaxşı elmi rəhbər” yazılmış tort hədiyyə edilib.

BDU-nun professoru ziyafətdə çəkilən fotoları belə bir təqdimatla paylaşıb: “Elmi rəhbərin ad günündə doktorantından hədiyyə almasından gözəl nə ola bilər. Yaratdığın elmi məktəbin yetirmələrinin sənə qiymət vermələri necə də xoş bir hissdir”.

Xatırladaq ki, İradə Hüseynova BDU-nun “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, “Erməni araşdırmaları” elmi-tədqiqat laboratoriyasının rəhbəri, tarix elmləri doktoru, professor, Elm, təhsil və innovasiyaların inkişafında xidmətlərinə görə Beynəlxalq “Sokrat” mükafatı laureatı (İngiltərə), Azərbaycanın Əməkdar müəllimidir. O, 2009-2011-ci illərdə Təhsil Nazirinin müavini vəzifəsində çalışıb, 1999-cu ildən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü olub.

BDU-nun professoru karantin qaydalarını pozdu -   Özünə dəbdəbəli ad günü keçirdi + FOTOLAR

Həmçinin oxuyun

Bakı İstintaq Təcridxanasında bitin yayıldığı bildirilir

1 saylı Bakı İstintaq Təcridxanasında anoplura parazitinin (bit) yayıldığı bildirilir. Bu barədə qadın koloniyasına göndərilən məhkum …